top
Fransa - Azərbaycan futbol qarşılaşmaları: Tarix, statistika və Parisdəki 18-ci oyun Report.az
08 oktyabr 2025, 11:31
- ↺ +

Fransa - Azərbaycan futbol qarşılaşmaları: Tarix, statistika və Parisdəki 18-ci oyun

Azərbaycan və Fransanın əsas futbol komandaları indiyədək UEFA turnirlərində 17 dəfə üz-üzə gəliblər.

"Report"un məlumatına görə, bunlardan ikisi yığmanın, digərləri isə klubların payına düşür.

İlk belə qarşılaşma 1994-cü ilə təsadüf edib. Həmin vaxt Azərbaycan millisi Trabzonda, Avropa çempionatının seçmə mərhələsinin oyununda Fransaya iki cavabsız qolla uduzub. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığma 10 cavabsız qolla məğlub olub.

Daha sonra "Qarabağ" klubu UEFA İntertoto Kubokunun II təsnifat mərhələsində "Monpelye"yə rəqib olub. "Köhlən atlar" hər iki matçda rəqibinə yenilib - 0:3, 0:6.

Azərbaycan və Fransa komandalarının yolları 2014-cü ildən sonra avrokuboklarda çox kəsişib. Həmin il "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşıb. Hər iki görüş bərabərliklə başa çatıb - 0:0, 1:1. Ağdam klubu növbəti ildə də Fransa təmsilçisi ilə Avropa Liqasında üz-üzə gəlib. Səfərdə "Monako"ya uduzan (0:1) "köhlən atlar" Bakıda heç-heçəyə nail olub - 1:1.

Fransasızları ilk dəfə məğlub edən Azərbaycan klubu isə "Qəbələ"dir. "Qırmızı-qaralar" 2016-cı ildə UEFA Avropa Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Lill"i üstələyib - 1:1, 1:0. Bölgə komandası həmin il qrup mərhələsində, bu dəfə "Sent-Etyen"lə münasibətlərə aydınlıq gətirib. Hər iki görüşdə fransızlar sevinən tərəf olublar - 1:0, 2:1.

2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsi səddini adlayan "Qarabağ" pley-offda "Marsel"ə rəqib olub. Hər iki matç Azərbaycanın hazırkı çempionunun məğlubiyyəti ilə yekunlaşıb - 1:3, 0:3. Ağdamlılar 2022-ci ildə Avropa Liqasının qrup mərhələsində "Nant"la iki dəfə üz-üzə gəlib. Bakıdakı görüşdə rəqibini 3 cavabsız qolla üstələyən kollektiv Fransada məğlubiyyətlə barışıb - 1:2.

Nəhayət, son olaraq "Qarabağ" 2024-cü ildə, Avropa Liqasının əsas mərhələsində Bakıda "Lion"u qəbul edib. Sözügedən matç rəqibin qələbəsi ilə bitib - 4:1.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də "Park de Prens" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər