top
Frank De Blekerin Misli Premyer Liqasının VI turundakı mübahisəli epizodlara dair şərhləri Idman.biz
30 sentyabr 2025, 10:36
- ↺ +

Frank De Blekerin Misli Premyer Liqasının VI turundakı mübahisəli epizodlara dair şərhləri

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

İdman.biz xəbər verir ki, mütəxəssis "İmişli" – "Zirə" və "Sabah" – "Sumqayıt" qarşılaşmalarında diqqət çəkən məqamlara toxunub.

Həmin oyunlarda qeydə alınan mübahisəli məqamları təqdim edirik:

"İmişli" – "Zirə"

36-cı dəqiqə

Top oyunda olarkən "Zirə"nin 4 nomrəli futbolçusu "İmişli"nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələdi. Hakimlər briqadası bu epizodu görmədi. VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi. (TV görüntülərində təmas nöqtəsi aydın görünmür)
Gözləntimiz "Zirə" futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, "İmişli"nin lehinə cərimə zərbəsi təyin olunması idi. Əgər təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir.

"Sabah" – "Sumqayıt"

16-cı dəqiqə

Top "Sabah"ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra "Sumqayıt"ın futbolçusuna (№80) qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim "Sabah"ın futbolçusuna (№11) sarı vərəqə göstərdi.

Bu, düzgün qərardır, çünki "Sabah"ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur.

Əgər təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi.

45+2-ci dəqiqə
Hücum zamanı "Sabah"ın futbolçusu (№21) cərimə meydançasında topu yaxın məsafədən "Sumqayıt"ın müdafiəçisinin qoluna vurdu. "Sumqayıt"ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin, o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi.

78-ci dəqiqə
Hücum zamanı "Sabah"ın hücumçusu (№20) qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında "Sabah"ın oyunçusunun (№5) topa oynadıqdan sonra ehtiyatsız şəkildə "Sumqayıt"ın oyunçusunun (№21) ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir.
Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, "Sumqayıt"ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə "Sabah"ın oyunçusuna (№5) sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

90+2-ci dəqiqə
"Sabah"ın hücumu zamanı hücumçu (№20) cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, "Sabah"ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub.

Qaydalar bunu deyir: əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər