top
Frank De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodlara münasibət bildirib Report.az
24 aprel 2025, 18:34
- ↺ +

Frank De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodlara münasibət bildirib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutan cavab oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.

"Report" xəbər verir ki, o, qarşılaşmanın 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benziyanın cəzalanmasının doğru qərar olduğunu söyləyib:

"Yassin Benzia meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə "Araz-Naxçıvan"ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül "kontakt" olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam "kontakt", yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".

Təcrübəli mütəxəssis 64-cü dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusunun yerə yıxılmasından sonra "Qarabağ"ın qol vurmasının qaydalar çərçivəsində olduğunu bildirib:

"Sürətli qaçış və top uğrunda mübarizədə "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda "Qarabağ" qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, "Araz-Naxçıvan"ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir".

Frank De Blekere 75-ci dəqiqədə Naxçıvan təmsilçisinin qapısına təyin olunan penalti epizoduna bu cür şərh verib:

"Qarabağ"ın hücumu zamanı Leandro Andrade cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə "Araz-Naxçıvan"ın müdafiəçisi Urfan Abbasovun bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Futbol
Bu gün, 08:40

Antuan Arno klubun yeni prezidenti seçildi

Futbol
Bu gün, 08:21

Flik: Barselona Məşq Bazasında Yeni Trenajor Zalı Yığılır

Oxşar xəbərlər