top
Frank De Bleker Misli Premyer Liqası VII turunun mübahisəli epizodlarına aydınlıq gətirdi Sport24.az
07 oktyabr 2025, 18:51
- ↺ +

Frank De Bleker Misli Premyer Liqası VII turunun mübahisəli epizodlarına aydınlıq gətirdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis "Zirə" - "Neftçi" matçının 90-cı dəqiqəsində hakimin doğru qərar verdiyini bildirib: 

 

"Araz-Naxçıvan" – "İmişli"

54-cü dəqiqə

"İmişli" komandasının yerinə yetirdiyi uzun aut atışı zamanı top cərimə meydançasına göndərilir. "İmişli"nin hücumçusu (№14) ilə "Araz-Naxçıvan"ın müdafiəçisi (№3) arasında top uğrunda mübarizə gedir. Hakim penalti qərarı verir.

VAR görüntüləri yoxlayır və "Araz-Naxçıvan"ın kapitanının (№3-ün) aşkar şəkildə topa toxunduğunu və onu uzaqlaşdırdığını görür. VAR hakimi görüntüləri izləməyə dəvət edir. Görüntüləri izlədikdən sonra hakim penalti qərarını ləğv edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardır.

 

90-cı dəqiqə

"İmişli"nin hücumu zamanı cərimə meydançasına cinah ötürməsi edilir və "Araz-Naxçıvan"ın oyunçusu (№5) və "İmişli"nin futbolçusu (№22) top uğrunda hava mübarizəsi aparır. "Top "Araz-Naxçıvan"ın oyunçusunun qoluna dəyir. Həmin anda "Araz-Naxçıvan"ın üzvünün qolu bədənindən yuxarıdadır və təbii vəziyyətdə deyil. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR baş hakimi görüntülərə baxmağa dəvət edir. Hakim görüntüləri izlədikdən sonra penalti təyin edir. Bu, düzgün VAR müdaxiləsi və düzgün qərardır.

 

"Zirə" – "Neftçi"

7-ci dəqiqə

"Neftçi"nin hücumu zamanı bu komandanın hücumçusu (№23) cərimə meydançasına daxil olur. Hərəkət zamanı yıxılır, ancaq hakim oyunu davam etdirməyə icazə verir. Hakim hadisəni müşahidə etmək üçün yaxşı mövqedə idi. "Zirə"nin üzvü (№8) rəqibin hücumçusu ilə təmas yaratmaq üçün əlavə hərəkət etmir, əksinə, təmasdan qaçmağa çalışır. Əgər minimal təmas olsa belə, bu, penalti qərarını əsaslandırmır. VAR görüntüləri izləyir və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarı idi.

 

86-cı dəqiqə

"Zirə"nin hücumu zamanı top qapı xəttini keçib-keçmədiyi vəziyyəti yaranır. Görüntülərdən görünür ki, top qapı xəttini keçmir. "Neftçi"nin (№5) topu qapı xəttini keçmədən uzaqlaşdırır.

Mübarizənin davamında "Neftçi" hücuma keçərək qol vurur. Həmin hücumda oyundankənar vəziyyət yoxdur və qol düzgün şəkildə qeydə alınır.

 

90-cı dəqiqə

"Zirə"nin hücumu zamanı uzun cinah ötürməsindən sonra bu komandanın oyunçusu (№10) topu qapı qarşısına göndərir və orada iki oyunçu top uğrunda mübarizə aparır. Qapı qarşısında "Neftçi"nin müdafiəçisi (№15) sağ ayağı ilə "Zirə"nin oyunçusunun (№29) sol dabanına arxadan təmas edir və o, cərimə meydançasında yerə yıxılır. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR görüntüləri yoxlayır və baş hakimi monitora çağırır. Görüntüləri izlədikdən sonra hakim penalti təyin edir.

VAR həmçinin hücumun başlanğıcında "Neftçi" oyunçusuna qarşı mümkün qayda pozuntusunu yoxlayır, lakin qayda pozuntusu aşkar olunmur. Penalti düzgün şəkildə təyin edilir.

 

"Qarabağ" – "Kəpəz"

2-ci dəqiqə

"Qarabağ"ın künc zərbəsi zamanı "Kəpəz"in qapıçısı topu qapı xəttini keçmədən qaytarır. Top "Qarabağ"ın hücumçusuna (№22) tərəf gəlir və o, qarşısındakı rəqibi (№29) itələyərək başla zərbə vurur. Daha sonra "Qarabağ"ın digər oyunçusu (№18) önünə düşən topu qapıdan keçirir.

Top qapıya daxil olduqdan sonra hakim fiti çalır, "Qarabağ"ın oyunçusunun (№22) rəqibi itələyərək qaydanı pozduğunu bildirir və qolu ləğv edir. VAR görüntüləri yoxlayır və hakimin qərarını dəstəkləyir. Bu, hakimin düzgün qərarıdır.

 

49-cu dəqiqə

Meydanın mərkəzində "Kəpəz"in hücumçusu (№9) ilə mübarizə zamanı "Qarabağ"ın müdafiəçisi (№18) ayağın içi ilə rəqibin ayağına arxadan toxunaraq qayda pozuntusu edir. "Kəpəz"in oyunçusu yerə yıxılarkən "Qarabağ"ın futbolçusu onun dabanına və ayağına dəyir. Hakim qayda pozuntusunu təyin edir, lakin vərəqə göstərmir. Bu vəziyyətdə meydanda düşüncəsiz qayda pozuntusuna görə sarı vərəqə gözlənilir.

Lakin bu epizod qırmızı vərəqəlik hərəkət olmadığı üçün VAR müdaxiləsi gözlənilmir. Burada yüksək intensivlik, güclü təsir və ya həddindən artıq qüvvə yoxdur.

 

"Sumqayıt" – "Turan Tovuz"

70-ci dəqiqə

"Sumqayıt"ın hücumçusu (№11) rəqibin cərimə meydançasında hərəkət edir. "Turan Tovuz"un oyunçusu (№17) müdaxilə edərək onun sol ayağına toxunur. Yaxşı mövqedə olan hakim penalti təyin edir.

VAR görüntüləri izləyir və hakimin meydanda verdiyi qərarı təsdiqləyir. Bu, hakimin düzgün qərarıdır.

 

"Karvan-Yevlax" – "Sabah"

27-ci dəqiqə

"Sabah"ın hücumu zamanı hücumçu (№21) topa zərbə vurur. "Karvan-Yevlax"ın müdafiəçisi (№33) topun qarşısında dayanır və top onun sağ qoluna dəyir. Qolu bədəndən aralı vəziyyətdədir və bədənini genişləndirir. Hakim oyunu davam etdirməyə icazə verir.

VAR görüntüləri izləyir, qayda pozuntusu aşkar edir və hakimi görüntülərə baxmağa dəvət edir. Baş hakim görüntüləri izlədikdən sonra topa əllə müdaxiləyə görə penalti təyin edir. Bu, düzgün qərardır.

"Qəbələ" – "Şamaxı"

5-ci dəqiqə

Künc zərbəsi zamanı "Şamaxı"nın futbolçusu (№4) qapıya doğru başla zərbə endirir. Top "Qəbələ"nin müdafiəçisinin bədənindən aralıda və çiynindən yuxarıda olan qoluna dəyir. Hakim oyunu davam etdirməyə qərar verir.

VAR epizodu nəzərdən keçirir və baş hakimi epizoda yenidən baxması üçün monitora dəvət edir. Hakim epizoda təkrar baxdıqdan sonra düzgün olaraq onbirmetrlik cərimə zərbəsi təyin edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Bu gün, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
Dünən, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
Dünən, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
Dünən, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Oxşar xəbərlər