top
Forest, Mançester Yunaytedin keçmiş futbolçusunu stadiona daxil olmasına icazə verməyəcək Report.az
24 may 2025, 06:56
- ↺ +

"Forest", "Mançester Yunayted"in keçmiş futbolçusunu stadiona daxil olmasına icazə verməyəcək

"Nottinhem Forest" "Sky Sports"un mütəxəssisi Qari Nevillə İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turunda"Siti Qraund"u ziyarət edərək şərh etməyi yasaqlayıb.

"Report" xəbər verir ki, bu barədə keçmiş futbolçu instaqramda yazıb.

Qari Nevill bildirib ki, bazar günü "Nottinhem Forest" – "Çelsi" matçını şərh edə bilməyəcək, çünki "meşəçilər" ona akkreditasiya verməkdən imtina edib. Nevillin sözlərinə görə, bu barədə onu "Sky Sports" məlumatlandırıb: "Mənə bildirilib ki, "Forest" məni şərhçi kimi stadiona buraxmayacaq. Yayımda iştirak etməkdən imtina etməkdən başqa seçimim qalmadı".

"BBC Sport"a görə, insidentin Nevillin "Forest"in sahibi Evangelos Marinakisə qarşı tənqidi ilə əlaqəsi var. Ayın əvvəlində o, Marinakisin "Lester"lə matçdan sonra meydana çıxaraq komandanın baş məşqçisi Nunu Santu ilə emosional söhbət etməsini "qalmaqal" adlandırmışdı. Nevill o zaman sosial şəbəkədə yazmışdı: "Nunu artıq bu gecə onunla [klubu] tərk etməyi müzakirə etməlidir. Azarkeşlər, oyunçular və məşqçi belə münasibətə layiq deyillər".

Klub sonradan ittihamları rədd edərək bildirib ki, bu, "qarşıdurma" deyil, hücumçu Tayvo Avoninin zədələndikdən sonra oyuna davam etməsi və nəticədə təcili əməliyyata ehtiyac duyması ilə bağlı narazılığın ifadəsi idi.

"14 illik peşəkar karyeramda mən bir çoxlarını tənqid etmişəm və tərifləmişəm, lakin belə qadağa ilə ilk dəfə qarşılaşıram. Bəli, klubun kimi buraxmaq barədə qərar vermək hüququ var, lakin bu, son bir ildə klubda işlərin ümumi vəziyyətini əks etdirir", – Nevill deyib.

Ekspert əlavə edib ki, klubun qərarından məyusdur: "Şəxsən mən təəssüf edirəm ki, "Nottinhem Forest" kimi böyük bir klub belə qərarlar qəbul etmək səviyyəsinə enib. Məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə Çempionlar Liqası uğrunda mübarizədə uğurlar arzulayıram".

Premyer Liqa akkreditasiyanın klubun daxili məsələsi olduğunu açıqlayıb.

Xatırladaq ki, cədvəldə yeddinci yeri tutan "Forest", "Çelsi"ni məğlub edərsə və digər nəticələr onun üçün uğurlu olarsa, Çempionlar Liqasına düşmək şansını qoruyur.

Qeyd edək ki, Qeri Nevill "Mançester Yunayted" və İngiltərə millisinin keçmiş müdafiəçisidir. Karyerasını başa vurduqdan sonra "Sky Sports"da populyar futbol eksperti olub və qısa müddət "Valensiya"nı çalışdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər