Florian Virts, bonuslar da daxil olmaqla, İngiltərə Premyer Liqası tarixində ən bahalı transfer ola bilər.
İdman.biz xəbər verir ki, daha əvvəl almaniyalı yarımmüdafiəçinin transferinin "Liverpul"a ümumilikdə 136,3 milyon avroya başa gələcəyi barədə məlumat yayılıb.
"The Athletic"in məlumatına görə, mersisaydlılar "Bayer"ə 117,5 milyon avro, həmçinin futbolçunun göstərəcəyi nəticələrə uyğun olaraq daha 18,8 milyon avro məbləğində bonus ödəyə bilərlər.
"Sky Sports" Premyer Liqa tarixində ən bahalı transferlərinin reytinqini təqdim edərək, Virtsin potensial transferini birinci yerdə təqdim edib. Digər oyunçular üçün ödənilən məbləğlər bonuslar da daxil olmaqla göstərilib:
1. Florian Virts - 116,5 milyon funt-sterlinq ("Bayer" - "Liverpul");
2. Moises Kaysedo - 115 milyon funt-sterlinq ("Brayton" - "Çelsi");
3. Enzo Fernandes - 106,8 milyon funt-sterlinq ("Benfika" - "Çelsi");
4. Deklan Rays - 105 milyon funt-sterlinq ("Vest Hem" - "Arsenal");
5. Cek Qriliş - 100 milyon funt-sterlinq ("Aston Villa" - "Mançester Siti").
İdman.biz