"Real"ın prezidenti Florentino Peres və Xabi Alonso arasında narazılıq yaranıb.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Peres komandanın klublararası dünya çempionatındakı çıxışını bəyənməyib. "Real"ın yarımfinalda PSJ-yə 0:4 hesablı ağır məğlubiyyəti prezident üçün gözlənilməz olub. Bundan başqa, tərəflər arasında transfer məsələlərində əd anlaşılmazlıq yaranıb.
Qeyd edək ki, Alonso komandaya Ancelo Ştiller ("Ştutqart"), Nikola Barella ("İnter") və Kesa Smitin ("Alkmaar") transfer edilməsini istəsə də, Peres bu variantlara qarşı çıxıb.
İdman.biz