top
Flik Jirona oyunu öncəsi: Son oyuna reaksiya verməliyik Idman.biz
15 fevral 2026, 17:13
- ↺ +

Flik "Jirona" oyunu öncəsi: "Son oyuna reaksiya verməliyik"

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hansi Flik "Jirona" ilə qarşıdakı görüşdən əvvəl mətbuat konfransı keçirib.

İdman.Biz xəbər verir ki, çalışdırıcı Kataloniya təmsilçisinin son matçda "Atletiko Madrid"ə kubokda 0:4 hesabı ilə uduzmasından narazı qaldığını gizlətməyib və komandadan güclü reaksiya gözlədiyini bildirib.

Flik rəqib haqqında danışarkən bunları deyib:

"Yaxşı təşkilatlanmış, düzgün mövqe tutan və cəsarətlə oynamağa çalışan rəqib gözləyirik. Son oyuna nisbətən daha iti və dinamik olmağımız vacibdir".

Soyunub-geyinmə otağındakı ab-hava ilə bağlı suala mütəxəssis məğlubiyyətin dərs olduğunu bildirib:

"Ən vacibi bugünkü məşq idi. Dinamika da var idi, özünəinam da. Qollar da vurduq. Uduzduq və bu bizim üçün dərsdir. Amma irəli getməliyik və diqqəti "Jirona" matçına yönəltməliyik".

Alman çalışdırıcı əlavə edib ki, komanda keyfiyyət baxımından istənilən rəqibi məğlub edə bilər, lakin bunu meydanda göstərmək lazımdır: "Xüsusilə "Atletiko" ilə oyunun ilk hissəsində bunu etmədik".

Hakimliklə bağlı məsələyə də münasibət bildirən Flik nəticəyə bunun təsir etmədiyini vurğulayıb. O, referilərlə ünsiyyətin vacib olduğunu, lakin komandanın dəyişə biləcəyi məqamların daha önəmli sayıldığını deyib.

Heyətlə bağlı xəbərlərə gəlincə, mütəxəssis Reşfordun sabahkı oyunu buraxacağını açıqlayıb: "Vəziyyəti xeyli yaxşılaşıb, amma addım-addım getməliyik".

Flik həmçinin Rafinyanın komanda üçün əhəmiyyətindən danışıb və onun məşqlərdə tempə necə təsir etdiyini vurğulayıb. Baş məşqçi bildirib ki, Rafinya "Jirona" ilə oyuna hazırdır.

Digər zədəlilərlə bağlı isə o, Pedrinin hazır ola biləcəyini, Qavi ilə bağlı isə ehtiyatlı davranacaqlarını qeyd edib. Flikin fikrincə, yarımmüdafiəçi mart ayında tam hazır vəziyyətə gələ bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Oxşar xəbərlər