top
Flavinyo küskündü: “Neftçi” ilə danışmışdıq ki, geri qayıdım” - MÜSAHİBƏ Idman.biz
24 oktyabr 2025, 18:22
- ↺ +

Flavinyo küskündü: “Neftçi” ilə danışmışdıq ki, geri qayıdım” - MÜSAHİBƏ

"Abubakarın gəlişi çox yaxşıdır. Hər halda, klub əla futbolçu transfer edib".

Bunu "Neftçi"nin sabiq kapitanı Flavinyo apasport.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- "Neftçi" 8 turdan sonra cəmi 9 xalla 9-cu pillədə qərarlaşıb. Bakı təmsilçisinin bu cür çıxışını necə dəyərləndirirsən?

- Təbii ki, başqa sözlər demək istərdim. Amma təəssüf ki, "Neftçi" üçün yenə uğursuz il başlayıb. Əlbəttə, fərqli olmasını arzulayırdım. Ancaq mövsümə yaxşı start verilməyib. Ümid edək ki, bundan sonra vəziyyət düzələcək.

- Səncə, "Neftçi"də hazırda çatışmayan əsas məqam nədir? Niyə komanda qalib gələ bilmir? Klub çempionatda cəmi bir qələbə qazanıb…

- Dediyim kimi, gözləntilər fərqli idi, amma hazırda başqa nəticələr görürük. Bilmirəm, komandada və ya klubda nə baş verir ki, bu cür nəticələr yaranır. Ümid etməkdən başqa yol yoxdur.

- "Neftçi" Kamerun millisinin hücumçusu Vensan Abubakarı transfer edib. Bu keçidi necə qarşıladın?

- Abubakarın gəlişi çox yaxşıdır. Hər halda, klub əla futbolçu transfer edib. Düşünürəm ki, onun gətirilməsi çox düzgün addımdır. Bu, komandaya böyük mənəvi ruh verəcək. Çempionlar Liqasında titullar qazanan və orada oynamış futbolçunun komandaya xeyir verməsi gözləniləndir. Yaxşı oyunçu qrupu və peşəkar məşqçi heyətindən çox şey asılıdır.

- Vensan Abubakar sonuncu dəfə altı ay əvvəl "Hatayspor"da oynayıb. Klubsuz idi, amma millidə çıxış edirdi. Səncə, Abubakar "Neftçi"də uğurlu olacaq?

- Abubakarı tanıyıram, təbii ki, hamımız onu izləmişik. Dediyim kimi, yaxşı futbolçudur, Kamerun millisində də oynayır. Ümid edirəm ki, "Neftçi"yə xeyir verəcək.

- Vaxtilə Emil Mpenza da "Neftçi"də oynamışdı. Ondan gözləntilər yüksək idi. Səncə, o, lazımi qədər xeyir verə bildimi? Mpenza ilə Abubakarı müqayisə etmək olarmı?

- Mpenza haqda hamı bilir, o, çox yaxşı klublarda oynamışdı. Amma Mpenzanın yer aldığı "Neftçi" də yaxşı komanda idi. Klub da ona kömək etdi. Qarşılıqlı anlayış və yardımlaşma sayəsində biz çempionluq yaşadıq.

- Səncə, "Neftçi"yə yeni Flavinyo lazımdır? Ola bilərmi ki, komandada yeni Flavinyo çatışmır?

- "Neftçi" ilə danışmışdıq ki, geri qayıdıb komandaya kömək edim. Amma təəssüf ki, sonda bu danışıqlar dayandı… "Neftçi"nin klubu inkişaf etdirəcək bir çox strategiyaları var. Hər şeyin yaxşı olacağına ümid edirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər