top
Firuz Abdulla: Səbailin I Liqadakı hədəfləri və gələcək planları Sport24.az
19 iyun 2025, 13:20
- ↺ +

Firuz Abdulla: "Səbail"in I Liqadakı hədəfləri və gələcək planları

"Səbail" Futbol Klubunun icraçı direktoru Firuz Abdulla "Report"un suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, funksioner "dənizçilər"in 2025/2026 mövsümündə I Liqadakı hədəflərindən və gələcək planlardan söz açıb.

 

- I Liqada yeni mövsümə hazırlıqlar necə keçir?

- Hazırlıq özündə bir çox mətləbləri ehtiva edən ifadədir. Ümumi yanaşsaq, hazırlığa artıq başlamışıq. Növbəti mövsüm komandamızın uğurlu nəticə qazanmasına töhfə verə biləcək futbolçularla bağlı fikir mübadiləsi aparılır. Məşqlərimizin hansı tarixdə başlayacağı ilə bağlı yaxın günlərdə qərar verəcəyik.

 

- Komanda aşağı dəstədə ev oyunlarını hansı arenada keçirəcək?

- Bilirsiniz ki, növbəti mövsüm üçün "Səbail" müvafiq qaydada Premyer Liqa lisenziyası alıb. Lakin çempionatı sonuncu pillədə başa vurduğumuz üçün I Liqada çıxış edəcəyik. Lisenziyalaşdırma prosesində komandamızın oyunlarını keçirəcəyi stadion kimi "ASCO Arena"nı göstərmişik. Heç kimə sirr deyil ki, "Səbail" təsis olunduğu gündən etibarən həm I Liqada, həm də Premyer Liqada bütün ev oyunlarını "ASCO Arena"da keçirib və bu gün də məkan dəyişikliyi ilə bağlı bir əsas görmürük. Qalır müəyyən texniki sualların həlli, bununla bağlı da AFFA-dan müsbət cavab alacağımıza inanırıq.

 

- Heyətlə bağlı hansı yeniliklər gözlənilir. Növbəti mövsüm üçün heyətdə yer alan hansısa oyunçu ilə anlaşa bilmisiniz?

- Bir neçə futbolçu ilə danışıqlar apararaq təkliflərimizi vermişik. Müsbət cavablandıranlar da var, düşünmək üşün vaxt istəyənlər də. Anlaşdığımız və razılıq əldə etməyə yaxın olduğumuz futbolçular var. Uyğun zamanda transferlərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

- "Səbail" klubunun akademiyasının taleyi necə olacaq? I Liqada büdcə az olduğu üçün akademiyanın fəaliyyətini dayandırmaq ehtimalı var?

- Təəssüf ki, I Liqada malik olduğumuz büdcə ilə akademyinanın fəaliyyət göstərməsi çox çətin, hətta daha dəqiq ifadə etsək, mümkünsüzdür. Premyer Liqaya dönüşümüzü təmin edə bilsək, yenidən akademiyanın fəaliyyət göstərməsi ilə bağlı planlarımız var.

 

- Ardıcıl iki mövsüm Premyer Liqadan düşən klublar geri qayıda biliblər. "Səbail" də bunu bacara biləcək?

- Təbii ki, hədəf və məqsəd ölkə çempionatının elitasına dönməkdir. Bu nəticə uğrunda mübarizə aparacağıq. Futbol proqnoz sevən idman növü deyil, bu baxımdan növbəti ilin mayında I Liqanın turnir cədvəlində komandaların hansı ardıcıllıqla düzüləcəyini indidən söyləmək çox çətindir. Amma ümidvarıq ki, turnir cədvəlində əlifba sırası "Səbail"in "S"-i ilə pozulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Oxşar xəbərlər