top
Firuz Abdulla: Birinci Liqa mənim köhnə-yeni tanışımdır - MÜSAHİBƏ Idman.biz
21 oktyabr 2025, 11:04
- ↺ +

Firuz Abdulla: "Birinci Liqa mənim köhnə-yeni tanışımdır" - MÜSAHİBƏ

"Söhbət birbaşa məndən gedirsə, Birinci liqada ikinci mövsümü keçirirəm".

İdman.biz xəbər verir ki, bu sözləri "Səbail"in icraçı direktoru Firuz Abdulla sport24.az-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Səbail" beş turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb. Komandanın çıxışından razısınız?

- Qeyd etdiyiniz kimi, 13 xalla 2-ci pillədə qərarlaşmışıq. Görülən işin keyfiyyətinə yalnız rəqəmlərlə qiymət verilməsinin heç də həmişə tərəfdarı olmasam da, müəyyən məqamlarda bu qaçılmazdır. Komandanın çıxışını qənaətbəxş qiymətləndirmək olar. Amma daha yaxşısını əldə edə bilərik. Komandanın bunun üçün potensialı var.

- Neçə illik Premyer Liqa təcrübəsindən sonra aşağı dəstədə mübarizə aparırsınız. Nə kimi fərqlər hiss edirsiniz?

- Söhbət birbaşa məndən gedirsə, Birinci liqada ikinci mövsümü keçirirəm. "Səbail"yeni təsis olunduğu dövrdə Birinci liqada çıxış edərkən də klubda təmsil olunurdum. Necə deyərlər, Birinci liqa köhnə-yeni tanışımdır. Oxşarlıqlar və fərqliliklər axtarası olsaq, bu və digər mənada müxtəlif məqamları qeyd edə bilərik. Buraya infrstrukturdan tutmuş oyun keyfiyyətinə qədər çoxsaylı məsələləri daxil etmək olar. Amma oyunların keçirildiyi liqanın adından asılı olmayaraq, futbol heç vaxt gözəl və cəlbedici oyun statusunu itirmir.

- Bu dönəmdə I Liqada hansısa çətinliklə üzləşmisinizmi?

- Üzləşdiyimiz çətinliklər cari işlərin həyata keçirilməsi zamanı ortaya çıxan məsələlərdir və bunu məhz Birinci liqa ilə əlaqələndirmək istəməzdim. Belə bir deyim var ki, iş varsa, səhvlər də qaçılmazdır. Bu ifadəni azacıq dəyişərək "iş varsa, çətinliklər də ortaya çıxacaq" şəklində deyərdim. Çətinliklərin həlli isə iş öhdəliyimizdir.

- "Səbail"dən başqa I Liqada çempionluğa iddialı digər klublar da var. Hansı komandanı özünüzə daha yaxın rəqib hesab edirsiniz?

- Qarşısına qoyulan məqsəddən, heyətindən və büdcəsindən asılı olmayaraq, liqadakı digər 9 komandanın hər biri bizim üçün ciddi rəqibdir. Unutmaq olmaz ki, qarşılaşdığın rəqibin adı və ya turnir cədvəlində tutduğu yerdən asılı olmayaraq, qazanacağın qələbə üçün 3 xal əldə edirsən. Yəni liderlə də, autsayderlə də oyunlar mahiyyət etibarilə fərqlənmir.

- Sanki I Liqa komandaları "Səbail"ə qarşı daha motivasiyalı meydana çıxırlar. Siz necə düşünürsünüz?

- Bəli, keçirdiyimiz bütün oyunlarda rəqiblərimiz bizə qarşı daha motivasiyalı, daha əzmkar mübarizə aparıblar. Təbii ki, burada psixoloji amillər xüsusi rol oynayır. "Səbail" 8 mövsüm Premyer Liqada çıxış edib, bu müddətdə bir dəfə avrokuboka da vəsiqə qazanıb və cari şempionatda qarşısına yenidən Premyer Liqaya yüksəlmək vəzifəsi qoyub. Bütün bu sadalananlar və bəlkə də qeyd etmədiyim hər hansı digər nüanslar bizə qarşı oyunlarda rəqibləmizin daha istəkli olmasına rəvac verir. Bu bizi qorxutmur, əksinə, komanda üçün əlavə stimuldur.

- IV turda "Şimal"la oyunda komandanızın qolu sayılmamışdı və nəticədə 2 xal itirdiniz. Ümumiyyətlə I Liqada hakimliyin səviyyəsi sizi qane edirmi?

- Təəssüf ki, futbol səhvlərdən xali oyun deyil və bu oyunun bütün iştirakçıları vaxtaşırı səhvlərə yol verirlər. Hakimlər də bu baxımdan istisna deyil. Qeyd etdiyiniz qarşılaşmada hesaba alınmayan qolumuzun tam olaraq qaydalar çərçivəsində vurulduğu qənaətindəyəm. Bununla belə, Şamaxıda itirdiyimiz 2 xalın məhz həmin epizoda bağlanması fikri ilə razılaşa bilmirəm. Daha məsuliyyətli olmalı və bəzi məqamlarda analoji səhvlərin fövqündə dura biləcək işlər görməliyik ki, sonradan bir səhvin "yaxasından yapışmalı" olmayaq. Amma hakimlərimiz də çox diqqətli olmalıdır. Çünki onların yol verəcəyi hansısa yanlışlıq komandaların müqəddəratı mənasında çox ciddi rol oynaya bilər. Onu da qeyd edim ki, bu mövsüm iki səfər oyunu keçirmişik və hər iki qarşılaşmada oyunun nəticəsinə təsir edən hakim səhvi ilə üzləşmişik. Bir məqamı siz sualınızda qeyd etdiniz. "Difai" ilə qarşılaşmada isə oyunun son dəqiqələrində lehimizə açıq-aşkar penalti təyin olunmamışdı. Doğrudur, sonda qələbə qolunu vura bildik, amma hər şey başqa cür də yekunlaşa və xallar itirə bilərdik. Ümid edirəm ki, digər oyunlarda mümkün qədər az hakim səhvləri ilə üzləşəcəyik.

- VI turda əsas rəqiblərinizdən biri olan "Şəfa" ilə üz-üzə gələcəksiniz. Oyundan gözləntiləriniz nədir?

- Növbəti turda maraqlı oyun, əsil futbol rəqabəti, hər iki komandanın futbolçularının simasında ciddi mübarizə əzmi görmək istəyərdim.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər