"Fiorentina" icarə əsasında "Vilyarreal"da oynayan və müqavilə ilə isə "Totenhem"ə məxsus olan Monor Solomonu icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Manor Solomon bu gün "Fiorentina" üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu ilə razılıq əldə olunarsa müqavilədə 10 milyon avroluq satınalma hüququ yer alıb.