top
Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir Idman.biz
Bu gün, 11:54
- ↺ +

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

İtaliyanın "Fiorentina" futbol komandasının azarkeşləri "Yuventus"dan transfer olunan futbolçular üçün qeyri-adi ənənə yaradıblar.

İdman.Biz xəbər verir ki, Florensiya təmsilçisinin fanatları Turin klubuna qarşı o qədər böyük antipatiya bəsləyirlər ki, keçmiş "Yuventus" futbolçularını xüsusi təmizlənmə mərasimindən keçirirlər.

"Degobbizzazione" adlanan bu ritualın mənası "donqardan xilas olmaq" deməkdir. Bununla azarkeşlər yeni transfer olunan futbolçuların "Yuventus"dakı keçmişini simvolik olaraq silirlər. Belə ki, Turin komandasının azarkeşləri yerli futbol mühitində "donqarlar" adlandırılırlar.

Mərasim özünəməxsus vəftiz ayinini xatırladır. Azarkeşlər futbolçunun qarşısına fırça və üzərində "Donqardan xilas olmaq üçün bənövşəyi yuyunma" yazılmış su vedrəsi ilə çıxırlar.

Yeni transferə ultras qrupunun üzvlük kartı və "Hurrà Juventus" jurnalı da təqdim olunur. Jurnal adətən nümayişkaranə şəkildə cırılır və ya atılır.

Bundan sonra futbolçu keçmiş "günahlarından" təmizlənmiş və "Fiorentina" azarkeşlərinin icmasına qəbul edilmiş hesab olunur.

Bu qeyri-adi ənənə illər ərzində "Yuventus"dan Florensiya klubuna keçən bir sıra məşhur futbolçulara da tətbiq edilib. Luka Toni, Entso Mareska, Adrian Mutu və Federiko Bernardeski həmin mərasimdən keçənlər arasındadır.

Maraqlıdır ki, ritual təkcə futbolçulara aid deyil. 1998-ci ildə "Yuventus"da 13 il çalışdıqdan sonra "Fiorentina"nın baş məşqçisi təyin olunan Covanni Trapattoni də eyni mərasimdən keçməli olub.

Qeyd edək ki, bu gün saat 23:45 "Fiorentina" "Yuventus"u qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Oxşar xəbərlər