DÇ-2026-nın seçmə mərhələsinin Finlandiya - Polşa matçı 73-cü dəqiqədə yarımçıq dayandırılıb.
İdman.biz xəbər verir ki, buna səbəb tribunadakı azarkeşlərdən birinin vəziyyətinin pis olmasıdır.
Azarkeşə ilkin tibbi yardım göstərilib. Matçın bərpa vaxtı ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, oyun dayandırılarkən meydan sahibləri 2:1 öndə olublar.
İdman.biz