İspaniya və Argentina Futbol Federasiyaları 27 martda Qətərdə keçirilməsi planlaşdırılan 2026-cı il Finalissimasının təxirə salınması ilə bağlı müzakirələr aparır.
İdman.Biz bildirir ki, jurnalist Veronika Brunati bu barədə X sosial media platformasında məlumat verib.
Mənbənin məlumatına görə, hər iki ölkənin futbol federasiyaları Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə alaraq matçın təxirə salınma ehtimalını birgə qiymətləndirəcəklər. Hələlik rəsmi açıqlama verilməyib. Lakin mövcud vəziyyətə görə ilkin məkan nəzərdən keçirilir.
Daha əvvəl Qətər Futbol Assosiasiyasının (QFA) mətbuat xidməti bütün futbol turnirlərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.