top
Finalda yad külək – TARİXƏ NƏZƏR Idman.biz
26 aprel 2025, 15:28
- ↺ +

Finalda yad külək – TARİXƏ NƏZƏR

Başa çatmaqda olan həftə Azərbaycan kubokunda finalçıların müəyyənləşməsi ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, tarixində ilk dəfə həlledici matça vəsiqə qazanan "Sabah" bu uğura Vasili Berezutski ilə imza atıb.

Rusiyalı mütəxəssis adını Azərbaycan kubokunun finalına yazdıran azsaylı legionerlər məşqçilər sırasına yazdırıb. Onadək buna o qədər də çox təsadüf olunmayıb.

İki il sonra
Azərbaycan kubokunun finalçısı olan son əcnəbi Laurentsiu Regekampf olub. Rumıniyalı iki il əvvəl "Neftçi" ilə "Qəbələ" önünə çıxıb. Həmin matçdakı məğlubiyyət mütəxəssisin istefası, "ağ-qaralar"ın titulsuz günlərinə davam edib.

Cığıraçan
Final həyəcanı yaşayan ilk legioner isə Anatoli Konkov olub. Ukraynalı 2004/05 mövsümündə "İnter"lə həlledici matça çıxıb. Amma "bankirlər" "Bakı" ilə qarşılaşmadan məğlub ayrılıblar.

İlk və yeganə
Əcnəbilərin kubokda ilk titulu 2009/10 mövsümünə təsadüf edib. "Bakı"da müvəqqəti baş məşqçi vəzifəsini icra edən Cüneyt Biçer "zolaqlılar"la titul əldə edib. O, finalda "Xəzər Lənkəran" üzərində qələbəni bayram edib. Biçer azərbaycanlı həmkarı ilə finalda qalib olan ilk və yeganə legionerdir.

Əcnəbi finalı
Xarici mütəxəssislər daha iki dəfə Azərbaycan kubokunu qazanıblar. Amma hər iki halda finalçıların ikisi də əcnəbi olub. 2010/11 mövsümündə Mirça Rednikli "Xəzər Lənkəran" Kaxaber Tsxadadzenin "İnter"ini kuboka həsrət qoyub. Yeddi il sonra ukraynalıların finalında Yuri Maksimovun "Keşlə"si Roman Qriqorçuklu "Qəbələ"dən üstün olub.

İkiqat uğursuzluq
Final həyəcanı yaşayan 12 xarici mütəxəssisdən ikisi bu həyəcanı təkrar yaşayıb. Valentin Xodukin "İnter"i 2007/08 və 2008/09, Roman Qriqorçuk "Qəbələ"ni 2016/17 və 2017/18 mövsümlərində finala qədər daşıyır. Amma hər iki final seriyası ardıcıl iki məğlubiyyətdən ibarət olub.

13 final, 3 kubok
Ümumiyyətlə, legioner baş məşqçilər 13 finalda 3 qələbə görüb, 10 dəfə uduzublar. Ukraynalılar 7 finalda 1 qələbə, rumıniyalılar 2 finalda 1 qələbə görüblər. Həlledici görüş türkiyəliyə sevinc, Uels, Gürcüstan və Rusiya təmsilçilərinə üzüntü gətirib.

İkinci rusiyalı
Berezutski Azərbaycan kubokunun finalına çıxan ikinci rusiyalı baş məşqçisidir. 2013/14 mövsümündə buna Yuri Syomin nail olub. Təcrübəli mütəxəssisin çalışdırdığı "Qəbələ" finalda "Neftçi" ilə bacarmayıb.

Qeyd edək ki, Berezutskili "Sabah" mayın 31-də keçiriləcək finalda Qurban Qurbanovun çalışdırdığı "Qarabağ"la üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər