Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan futbolunda 2024/25 mövsümünün son matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Həlledici görüşdə "Qarabağ"la "Sabah" üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri mövsümü "Qızıl dub""la bitirmək üçün meydana çıxacaq. Ağdam klubu ardıcıl 2-ci, tarixində 9-cu dəfə ölkə kubokuna sahib çıxmaq arzusundadır.
"Sabah" isə özünün ilk finalında titul qazanmaq istəyir. Vasili Berezutskinin yetirmələri tarixinin ilk titulu ilə həm də Avropa Liqasına vəsiqə qazanmış olacaq.
Paytaxt təmsilçisi avrokubok arzusunu reallaşdıra bilməsə, "Zirə" Konfrans Liqası deyil, Avropa Liqasında oynayacaq. Konfrans Liqasına isə "Turan Tovuz" yollanacaq.
Azərbaycan kuboku
Final
31 may (şənbə)
19:00. "Qarabağ" – "Sabah"
Baş hakim: İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İdman.biz