Filippe Koutinyo "Vasko da Qama" ilə iyuna qədər olan müqaviləsini vaxtından əvvəl ləğv edib. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.
Mətbuat xidməti müqavilənin ləğvi təşəbbüsünün 33 yaşlı futbolçudan gəldiyini bildirib. Bu qərar yarımmüdafiəçinin tribunalar tərəfindən fitə basılmasından sonra verilib. Fasilədə əvəzləndikdən sonra Koutinyo ehtiyat oyunçular skamyasına qayıtmayıb və daha sonra sosial mediada vida bəyanatı yayımlayıb.
Qeyd edək ki, Koutinyo bu mövsüm Braziliya klubunda yeddi oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.