top
Filip Ozobiçdən Neftçi etirafları: Qələbə, azarkeşlər və yeni komanda Idman.biz
02 sentyabr 2025, 21:12
- ↺ +

Filip Ozobiçdən "Neftçi" etirafları: Qələbə, azarkeşlər və yeni komanda

Hazırda "Turan-Tovuz"un formasını geyinən keçmiş "Neftçi"li Filip Ozobiç Sportinfo.az-a müsahibədə maraqlı məqamlara aydınlıq gətirib.

- Ciddi dəyişikliklərə məruz qalan "Neftçi"ni səfər matçında məğlub edəcəyinizi təsəvvür edə bilirdin?

- "Neftçi"nin adı üstündədir. Hansı vəziyyətdə olmasına baxmayaraq, bu komandaya qarşı oynamaq çətindir. Ötən həftə "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra bura qələbə dalınca gəlmişdik. Yalnız və yalnız 3 xal barədə düşünürdük.

- Biri var qələbə qazanmaq, biri də var qələbəni haqq etmək. Haqq etdiniz?

- "Neftçi" mübariz oyun göstərdi, sona qədər üstümüzə gəldi. Lakin ümumi oyuna baxsaq, fikrimcə, qalib gəlməli olan tərəf biz idik.

- "Neftçi" azarkeşlərinin önünə "Turan Tovuz"un formasında çıxmaq necə hiss idi?

- "Neftçi"də 2 il oynadığımızı nəzərə alsaq, bu stadiona ayaq basmaq mənim üçün xoş idi. Burada ab-hava həmişə yaxşı olub. Açığı, xoş hislər keçirdiyimizi deyə bilərəm.

- Qol vurmaq istəyirdin?

- (gülür) Əlbəttə. Peşəkar futbolçuyamsa, bunu etmək borcumdur. Bu, mənim işimdir.

- Qol vursaydın, xüsusi şəkildə qeyd edəcəkdin, yoxsa vaxtilə səni dəstəkləyən azarkeşlərə hörmət əlaməti olaraq susacaqdın?

- Yəqin ki, azarkeşlərin şərəfinə susacaqdım.

- Yenilənmiş "Neftçi" necə təsir bağışlayır?

- Çox sayda futbolçuların gəldiyini nəzərə alsaq, anlaşma baxımından müəyyən problemlərin olması normaldır. Buna baxmayaraq, istəkli görünürdülər, hücum edirdilər. Zamana ehtiyac var. 1-2 günə nəsə etmək mümkün deyil.

- İdeal formandan uzaqsan elə bil.

- Bəli, müəyyən əskikliklərim var və bunu hiss edirəm. Toplanışa gec qoşulmağım fiziki durumuma öz təsirini göstərdi. Bu gün ilk dəfə start heyətində yer almışdım. 3-4 oyun lazımdır ki, əvvəlki formamı qaytarım.

- Klubun rəhbəri Ehtiram Quliyev "Turan Tovuz"un çempionluq hədəfindən söz açmışdı. Hazırsınız?

- Biz hər qarşıdakı oyunda qələbə barədə düşünürük. Meydanı maksimum xalla tərk etməyimiz vacibdir. Bu düşüncə ilə davam edəcəyik. Finişdə hansı pillədə olacağımızı çempionatın sonu göstərəcək. İndidən nəsə demək çətindir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Oxşar xəbərlər