top
Filip Ozobiç: Asan qələbə gözləmirdik, vacib 3 xal qazandıq - MÜSAHİBƏ Idman.biz
25 oktyabr 2025, 12:43
- ↺ +

Filip Ozobiç: "Asan qələbə gözləmirdik, vacib 3 xal qazandıq" - MÜSAHİBƏ

"Biz qələbə qazanmağı hədəfləyirdik. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq".

Bunu "Turan Tovuz"un yarımmüdafiəçisi Filip Ozobiç futbolxeber.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının IX turunda "Karvan-Yevlax"ı çətinliklə məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. "Karvan-Yevlax" yaxşı futbol sərgilədi. Buna baxmayaraq, qalib gələ bildik. Qazonun süni olması bir qədər işimiz çətinləşdirmişdi. Bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq və vacib 3 xal qazandıq.

- Autsayderlə görüşdə asan qələbə qazanacağınız gözlənilsə də, çox çətinlik çəkdiniz. Buna səbəb nə oldu?

- Biz asan qələbə gözləmirdik. Turnir cədvəlindəki mövqeyinə, neçə xal toplamağına baxmayaraq, "Karvan-Yevlax" yaxşı komandadır. Bunu da sübut etdilər. Ümumiyyətlə, heç bir matçda asan qələbə qazanmaq olmur. Bütün komandalar sona qədər mübarizə aparırlar.

- Komandanız sanki qapısından qol buraxdıqdan sonra ayıldı...

- Biz qələbə qazanmağı hədəfləyirdik. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Yaxşı ki, hesabı tez bərabərləşdirdik. Daha sonra isə ikinci qolu vurmağa müvəffəq olduq.

- Yenidən liderliyə yüksəldiniz. Bu dəfə liderliyi saxlamaq nə dərəcədə uzunmüddətli olacaq?

- Bəli, hazırda liderik. Lakin turnir cədvəlinə baxmaq lazım deyil. Yalnız növbəti matçı düşünməliyik. Hər oyun bizim üçün vacibdir. Ona görə də növbəti görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq.

- Gələn həftə həm kubok, həm də çempionatda oyununuz var. Sıx qrafikə hazırsınız?

- Bəli, əvvəlcə kubokda meydana çıxacağıq. Rəqib ikinci liqa təmsilçisi "Dinamo" olsa da, matça ciddi yanaşmalıyıq. Heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. Daha sonra isə çempionatda "Şamaxı" ilə üz-üzə gələcəyik.

- Növbəti oyunu Tovuzda – doğma stadionda keçirəcəksiz. Bu, işinizi daha da asanlaşdıracaq?

- Bu, çox xoş olacaq. Doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Onların dəstəyi ilə yaxşı nəticə qazanmağı hədəfləyirik.

- Sabiq klubunuz "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

- "Qarabağ" ÇL-də çox yaxşı nəticələr qazanır. Bu, həm klub üçün, həm də Azərbaycan futbolu üçün müsbət haldır. 3 oyundan 6 xal toplayıblar və bu, çox yaxşı nəticədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər