FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının yeni kubokunu ictimaiyyətə təqdim edib. Sport24.az xəbər verir ki, kubok məşhur "Tiffany & Co" zərgərlik firmasının birgə əməkdaşlığı ilə hazırlanıb.
Qeyd edək ki, ABŞ-nin ev sahibliyi edəcəyi turnirdə 6 qitədən qatılacaq klublar iştirak edəcək. İyunun 15-dən iyulun 13-dək keçiriləcək yarışda 32 komanda qalib adı uğrunda mübarizə aparacaq.