FİFA və UEFA Rusiya Futbol İttifaqı ilə bağlı yeni qərar qəbul edib. Sport24.az xəbər verir ki, ali futbol qurumları Rusiyanın bütün yaş qrupları üzrə milli komandalarının və klubların beynəlxalq turnirdə iştirak etməsinə qoyulan qadağanı davam etdirmək qərarına gəlib. Bu barədə "Matc TV" məlumat yayıb.
Bu isə o deməkdir ki, Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsinə, klubları isə yeni mövsümdə Avropa kuboklarına buraxılmayacaq.
Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsi səbəbindən bu ölkənin komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlardan uzaqlaşdırılıb.