FİFA və UEFA rəhbərliyi "Barselona"nın prezidenti Joan Laportanın son çıxışlarını mənfi qarşılayıb.
İdman.biz "Sport.es"ə istinadən xəbər verir ki, Laportanın ABŞ-da təşkil olunacaq Klublararası Dünya Çempionatının təşkilatçılarını tənqid etməsi FİFA tərəfindən təhqiramiz kimi qəbul edilib.
Kataloniya klubunun rəhbəri La Liqanın hazırkı çempionlarının turnirə dəvət edilməməsindən narazılığını ifadə edib və orada daha zəif komandaların iştirakını ədalətsiz adlandırıb.
UEFA isə Laportanın İspaniya çempionatının bəzi oyunlarının ölkə xaricində keçirilməsi təşəbbüsünü dəstəkləməyib. Bundan əlavə, qurum ilə "Barselona" arasında Superliqa layihəsi ilə bağlı davam edən fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir.
İdman.biz