FIFA prezidenti Canni İnfantino Qəzza zolağında atəşkəs sazişinin imzalandığı Şarm əl-Şeyxdə keçirilən sülh sammitində iştirak edib.
İdman.Biz-in məlumatına görə, İnfantino sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb.
İnfantino daha əvvəl bəyan etmişdi ki, "FIFA geosiyasi problemləri həll edə bilməz, lakin o, təhsil, mədəniyyət, humanitar dəyərlər kimi futbolu da bütün dünyada birləşdirici amil olaraq təbliğ edə bilər və etməlidir".
Bundan əvvəl belə bir məlumat yayılmışdı ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbərliyi İsrailin üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul etmək üçün "mümkün qədər tez" icraiyyə komitəsinin iclasını çağırmağa çalışır. Yüksək vəzifəli məmurlar bu tədbiri dəstəkləyirlər.