PSJ-nin baş məşqçisi Luis Enrike və yarımmüdafiəçisi Joau Neves FİFA tərəfindən cəzalandırıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Cəza cərimədən diskvalifikasiyaya qədər dəyişə bilər.
Adətən klublararası dünya çempionatı zamanı tətbiq edilən intizam cəzaları digər yarışlara şamil edilmir. Lakin bu dəfə FİFA qərara yenidən baxa bilər.
Qeyd edək ki, final fitindən sonra futbolçular arasında əlbəyaxa dava düşüb və parislilərin baş məşqçisi Luis Enrike "Çelsi"nin hücumçusu Joao Pedronun boğazından tutub itələyib.