FIFA Ermənistan Futbol Federasiyasını Portuqaliya və İrlandiya ilə oyunlarda baş verən qayda pozuntularına görə 13 min İsveçrə frankı (təxminən 27 200 AZN) məbləğində cərimələyib.
İdman.biz Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu məbləğin 12 min frankı (təxminən 25 500 AZN) Portuqaliya ilə oyun zamanı komandanın qeyri-münasib davranışı, nizam-intizamın və təhlükəsizliyin pozulması, həmçinin azarkeşlərin meydana daxil olmaq cəhdləri ilə bağlıdır.
Portuqaliya Futbol Federasiyasına xəbərdarlıq edilib, İrlandiya ilə matçda baş verən insidentlərə görə isə Ermənistan əlavə olaraq 1000 frank (təxminən 2 100 AZN) ödəyəcək.