FİFA 2026-cı il dünya çempionatının biletlərinin satışına start verib. Sport24.az xəbər verir ki, dördilliyin ən mötəbər turniri gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək.
İlk biletlər lotereya yolu ilə seçilən azarkeşlərə təqdim olunacaq.
Qurumun açıqlamasında bildirilir ki, qaliblərə artıq e-mail vasitəsilə yaxın günlərdə məlumat göndəriləcək.
Qeyd edək ki, mundialın final matçına ən bahalı biletlərin qiyməti 6000 ABŞ dollarından çoxdur. Ümumilikdə isə biletlə bağlı FİFA-ya 4,5 milyondan çox müraciət daxil olub.