top
FİF-in rəhbəri reallaşdırdıqları layihələrdən və gələcək planlardan danışdı Sport24.az
03 iyul 2024, 10:00
- ↺ +

FİF-in rəhbəri reallaşdırdıqları layihələrdən və gələcək planlardan danışdı

"Futbolun İnkişaf Fondu ilin əvvəlindən etibarən yanaşmasını bir qədər dəyişərək, klublarla individual əməkdaşlıqları davam etdirməklə yanaşı, bütün region klublarının dəstəkdən faydalanması məqsədini qarşısına qoyub. Region təmsilçiləri coğrafi yerləşməsinə əsasən 4 qrupa bölünüb. Hər qrup üzrə strateji planlama, marketinq-kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstərməyi planlayırıq. Ötən mövsüm Gəncədə 7 klub nüməyəndələrinin iştirakı ilə "Strateji planlama" mövzusunda seminar baş tutub. Növbəti mövsümdə də qeyd olunan mövzularla bağlı region klubları ilə seminarların keçirilməsi planlaşdırılır". Bu sözləri Sport24.az-a açıqlamasında FİF-in rəhbəri Tural Piriyev deyib.

Fond rəhbəri sponsorlarla danışıqların davam etdiyini də vurğulayıb: "Ötən mövsüm Futbolun İnkişaf Fondunun "Biznes klub" layihəsinə "Zaqatala"da start verilib. Əsas hədəf bölgə klubuna dəstək göstərmək istəyən, lakin sponsor olmağa hələ ki, hazır olmayan sahibkarlara imkan yaratmaqdır. Bu platforma klub üçün əlavə maliyyə kanalı yaratmaqla yanaşı, sahibkarlarla daimi ünsiyyət saxlamaq baxımından faydalıdır. Paralel olaraq 3 regionda layihə ilə bağlı planlama işlərimiz davam edir. Əməkdaşlıq etdiyimiz region klublarının fərqli xüsusiyyətləri olduğu üçün hər biri ilə fərqli şəkildə işlər davam etdirilir. Ötən mövsüm klublarla birgə oyun günü təşkili və gəlirlərin diversifikasiyası sahəsində əməkdaşlıqlarımız növbəti mövsümdə də davam edəcək. Artıq klublar ilə 2024/2025-ci illər mövsümünə hazırlıqla bağlı danışıqlar gedir. Fərqli klublarla bağlı sponsorluq danışıqları da davam edir".

 

Piriyev "Zaqatala" nümunəsini digər klublara da tətbiq etmək istədiklərini bildirib: "Gəlirlərin diversifikasiyası - gəlir kanallarının sayının artırılması bizim üçün vacib mövzulardandır. Hazırda ən yaxşı nümunələrdən biri "Zaqatala"dır. Kluba baş sponsor cəlb edilməsi ilə yanaşı "Biznes klub" layihəsinə start verilib, oyun günü gəlirlərinin də formalaşdırılması ilə klubun faktiki gəlir kanallarının sayı dövlət proqramı ilə birlikdə 4-ə çatdırılıb. Hazırda baş sponsorla uzunmüddətli planlar barədə müzakirələr davam edir. Bununla yanaşı, kluba barter əsaslı tibbi dəstək tərəfdaşı cəlb olunub, yaxın günlərdə başqa bir sahə üzrə də tərəfdaş cəlb edilməsi gözlənilir. Oxşar nümunəni digər klublarda da tətbiq etmək istəyirik".

 

FİF 2024/25 "Futbol ili"ndə yeni layihə reallaşdırmağı da düşünür: "Klub əməkdaşlarının bilik və bacarıqlarının artırılması, strukturlarının təkmilləşdirilməsi sahəsində də dəstək göstəriləcək. Yeni layihələrimiz olan "SMM dəstək layihəsi" bu gün 4 region futbol klubunun nümayəndəsinin iştirakı ilə başlayıb. Layihədə "Turan Tovuz", "Mingəçevir", "İmişli" və "Sheki City" klublarının nümayəndələri iştirak edir. Layihənin məqsədi region klublarının sosial media hesablarının analizi aparılaraq, daha düzgün və professional şəkildə idarə olunmasında dəstək göstərməkdir.



ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Oxşar xəbərlər