top
Ferqyusonun ən böyük peşmanlığı Alessandro Del Pyeroya görə olub Lent.az
14 noyabr 2025, 09:29
- ↺ +

Ferqyusonun ən böyük peşmanlığı Alessandro Del Pyeroya görə olub

Ser Aleks Ferqyuson "Mançester Yunayted"də işlədiyi müddətdə 105 oyunçu ilə müqavilə imzalayıb və müxtəlif uğurlar qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ən uğursuz transferləri arasında daha çox Bebe, Erik Cemba-Cemba və Klebersondan bəhs olunur. Lakin o, həmçinin "Yunayted"in ən böyük oyunçularından bəzilərini, xüsusən də Ueyn Runi, Erik Kantona və Kriştiano Ronaldonu cəlb edib.

Ferqyuson etiraf edib ki, ən böyük peşmançılığı "Yuventus"dan Alessandro Del Pyeronu transfer etməməsi olub.

İtaliyalı hücumçu 2002-ci ildə "Mançester Yunayted"in "Yuventus"la oyununda şotlandlıyalını heyran edib. Məşqçi ikinci cəhdini 2006-cı ildə edib.

"Mən "Yuventus" və oğlanın agenti ilə əlaqə saxladım. O, təklifimi eşitmədən belə imtina etdi və dedi ki, "Yuventus" onun üçün ən yaxşı yerdir və "Mançester Yunayted"ə hörmət etsə də, heç vaxt ağ-qara rənglərə xəyanət edə bilməz. Təəssüf, çünki mən onun kimi birini bir daha görməmişdim.

Hətta İtaliyanın 2006-cı ildə Dünya çempionatındakı qələbəsindən dərhal sonra belə, mən onunla maraqlanırdım. O vaxt "Real" onu təqib edirdi və "Yuventus"un o dövrdəki problemlərini nəzərə alsaq, onun üçün bizimlə "Kral klubu" arasında ədalətli mübarizə olacağını düşünürdüm.

Ona görə də birbaşa ona zəng etdim: "Aleksdir, səni "Yunayted"də görmək istərdim", dedim. "Sən komandanın ulduzu olacaqsan və birlikdə hər şeyi qazanacağıq". O, güldü və cavab verdi: "Ser, o vaxtdan bəri heç nə dəyişmədiyini bilirsiniz".

"Yuventus"un bir neçə tanınmış oyunçusu aşağı liqaya düşdükdən sonra klubu tərk etsə də, Del Pyero qalıb və Seriya B-də komandanın kapitanı olub. Doqquz xallıq fərqə baxmayaraq, "Yuventus" çempionluğu qazanıb və Del Pyero 20 qol vuraraq ən məhsuldar oyunçu olub. Seriya A-ya qayıtdıqdan sonra müqaviləsini iki il uzadıb və 2012-ci ilə qədər klubda qalıb.

Ferqyuson həmçinin italyan ulduzla sonrakı görüşünü də xatırlayıb: "2008-ci ildə onu yenidən gördüm və o, məni qucaqladı. Təklifimi rədd etdiyinə görə üzr istədi. Əlimi çiyninə qoyub sakitləşdirdim: "Sən "Yuventus"u xilas etmək istəyirdin və bacardın".

İnsanlar məndən həmişə məşqçi olmaq istədiyim, amma heç vaxt şansım olmayan oyunçulardan hansını soruşanda, həmişə cavab verirəm: Alessandro Del Pyero".
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Oxşar xəbərlər