top
Fernandu Santuş, yenə “yaxşı olacaq”? İdman.biz
16 noyabr 2024, 16:52
- ↺ +

Fernandu Santuş, yenə “yaxşı olacaq”?

Bu gün Estoniya ilə oyun Azərbaycan millisi üçün önəmli olduğu qədər onun baş məşqçisi Fernandu Santuş üçün də böyük əhəmiyyət kəsb edir.

İdman.biz xəbər verir ki, Qəbələdəki qarşılaşmada qalib gəlməyəcəyi halda komandamızın portuqaliyalı mütəxəssisin rəhbərliyi altında qələbəsiz və ya məğlubiyyət seriyası 5 oyuna çatacaq.

Amma belə uğursuzluq da Santuş üçün qorxulu deyil. 70 yaşlı məşqçi hər mətbuat konfransında 3+1 illik müqaviləsinə güvənərək "yaxşı olacaq" deyib gələcəkdən danışır və işindən getməklə bağlı mümkün variantları heç yaxına buraxmır.

Halbuki Azərbaycandan əvvəl çalışdığı "Beşiktaş"da üç aydan bir az çox tab gətirmiş, ardıcıl üç məğlubiyyət və ondan sonra da iki heç-heçənin ardınca istefaya göndərilmişdi.

Əvvəllər Yunanıstan (2010-2014), Portuqaliya (2014-2022) və Polşa (2023) millilərinə rəhbərlik edən Santuş bu komandalarda belə ardıcıl məğlubiyyətlərlə rastlaşmayıb. Çalışdığı Portuqaliya və Yunanıstan klublarında isə ardıcıl üç məğlubiyyəti çox yaşayıb. Azərbaycandan əvvəl ən uğursuz seriyası 2008-ci ildə PAOK-da olub. Amma o vaxt Saloniki təmsilçisi mövsümün ortasında ardıcıl dörd quru məğlubiyyətdən sonra, nəhayət, 3:0 hesablı qələbə qazanmış və yekunda da 9-cu yeri tutmuşdu.

Azərbaycan millisinə gəlincə, komandamızın ən uğursuz seriyası ardıcıl 11 məğlubiyyətdən ibarət olub. Amma bu, AFFA-nın "pulsuzluq dövrü"nə, həmçinin müharibə şəraitinə görə evdə oynamağımıza qadağa qoyulduğu 1994-1995-ci illərə təsadüf edib.

Sonrakı uğursuzluqlar əcnəbi məşqçilərlə bağlı olub. Berti Foqtsun vaxtında Azərbaycan komandası 2009-cu ildə ardıcıl yeddi, 2010-2011-ci illərdə isə altı oyunda uduzmuş, amma almaniyalı məşqçi işinə davam etmişdi. Nəhayət, 2014-cü ildə ardıcıl dörd məğlubiyyətdən sonra o, vəzifəsindən getmişdi.

2019-2020-ci illərdə xorvat Nikola Yurçeviç millimizlə ardıcıl üç məğlubiyyətlə vidalaşmışdı.

Canni De Biazinin vaxtında isə Azərbaycan millisi bir il ərzində - 2021-ci ildə iki dəfə dörd oyunluq məğlubiyyət seriyası yaşamışdı. Buna baxmayaraq, italiyalı 2023-cü ilin sonuna kimi öz vəzifəsində qala bilmişdi.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Oxşar xəbərlər