AVRO-2025-in seçmə mərhələsində Azərbaycan (U-21) yığması ilə Bakıda keçirilmiş oyundan (2:0) sonra Serbiyanın U-21 millisinin məşqçilər korpusu milli komandamızın baş məşqçisi Fernandu Santuşla görüşüb. Sport24.az Serbiya Futbol Federasiyasına istinadən xəbər verir ki, Serbiyanın U-21-nin baş məşqçisi Lyubinko Druloviç futbol oynadığı dönəmdə "Porto"da (1998-2001) Fernandu Santuşla işləyib.
Görüşdə Santuş qonaqları gözəl oyun və qələbə münasibəti ilə təbrik edib. Serbiya millisinin məşqçilər korpusunun üzvləri də öz növbəsində Azərbaycan yığmasının çalışdırıcısına Millətlər Liqasının qarşıdakı oyunlarında uğurlar arzulayıblar.