top
Fernandu Santuş: Sabah penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm İdman.biz
10 oktyabr 2024, 18:37
- ↺ +

Fernandu Santuş: "Sabah penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş və futbolçusu Abbas Hüseynov Estoniya ilə sabahkı oyunla bağlı Tallində mətbuat konfransında iştirak edib.

İdman.biz xəbər verir ki, 70 illik yubileyini qeyd edən portuqaliyalı mütəxəssis AFFA və "Azərlotereya"nın təşkilatçılığı ilə Estoniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Santuş Azərbaycanda futbola marağı gördüyü üçün burada olduğunu deyib: "Ümid edirəm ki, oyunçular mənim yubileyimə qələbə hədiyyə edərlər. Kifayət qədər böyük karyeram var. Amma dayanmaq fikrim yoxdur. Azərbaycanda futbola marağı gördüm, ona görə buradayam.

Estoniyanın Azərbaycanla hər iki oyununu izləmişəm. Bu il Slovakiya ilə yaxşı oynayıblar. Biz hücumda oynamağa üstünlük veririk. Sabah da ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik. Sabah oyunda penalti olarsa, kimin yerinə yetirəcəyini bilirəm. Amma bunu açıqlamaq istəmirəm. Emin Mahmudovun əhvalı yaxşıdır. O bizim üçün vacib oyunçudur. Mənim üçün bütün oyunçular vacibdir. Hansı sxemdə meydana çıxacağımız önəmli deyil. Oyun vaxtı bu sxemlər dəyişir. Müxtəlif taktikalar var. Sürpriz nəsə yoxdur. Əsas odur oyunda dinamika olsun. Mənim komandam mənim nə istədiyimi bilir. Öz hədəflərimizə çatacağıq. Estoniyanın zəif olduğunu deməzdim. Estonlar hücumda oynayacaq, mən də komandama tapşırmışam, qorxub geriyə çəkinməyin. Mənim üçün zəif rəqib yoxdur, istər Portuqaliya olsun, istər Estoniya. Biz öz yolumuzla getmək istəyirik. Mənə motivasiya verən AFFA prezidentinin futbola baxışıdır".

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı sabah oktyabrın 11-də Tallindəki "Lilleküla" stadionunda keçiriləcək və Bakı vaxtilə saat 20.00-da başlayacaq.

Rasim, Tallin
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər