top
Fernandu Santuş: Müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik Sport24.az
05 sentyabr 2024, 23:09
- ↺ +

Fernandu Santuş: "Müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının ilk turunda doğma meydanda İsveçə 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyuna hücumlarla başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç kifayət qədər güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdılar. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda bir neçə imkanımız oldu ki, qol vuraq. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. İkinci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdılar. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdular. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələ verə bilərik.

 

- Penalti zərbəsini vurmaq Ramil Şeydayevin qərarı idi?

- Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim.

 

- Görmək istədiyinizin neçə faizini gördünüz?

- Hücum oyunumuzdan 100 faiz razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə, müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə. 

 

- Heyəti açıqlayanda demişdiz ki, Azərbaycan millisi ölkənin bayrağı, himni üçün mübarizə aparmalıdır. Amma bir komandada ki, himni oxumursa, o komanda necə Azərbaycan üçün mübarizə apara bilər?

- Mən sizinlə müəyyən mənada razılaşmıram. Hamı qələbə qazanmaq istəyirdi. Oyunçular əllərindən gələni etdilər.

 

- Qapıçı seçimində həlledici amil nə oldu? Onun çıxışından razı qaldınız?

- Ondan razıyam. Bir çox epizodları qutardı. Amma bu komanda oyunudur.

 

- Emin Mahmudovu əvəzləyəndə nəyi dəyişmək istəyirdiz?

- Oyunun gedişatına uyğun dəyişiklik etdim.

 

- Penalti epizodunda Emin Mahmudovdan topu aldığı üçün Ramil Şeydayevi cəzalandıracaqsız, yoxsa Eminin özünü?

- Komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Oxşar xəbərlər