top
Fernandu Santuş: Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəyisə düşünsün Sport24.az
30 avqust 2024, 12:20
- +

Fernandu Santuş: "Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəyisə düşünsün"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün AFFA-nın inzabiti binasında jurnalistlərlə görüşüb. Sport24.az xəbər verir ki, portiqaliyalı mütəxəssis yığmanın İsveç və Slovakiya ilə oyunlarına düşərgəyə dəvət etdiyi futbolçuların adlarını açıqlamaqla yanaşı, media nümayəndələrini maraqlandıran başqa sualları da cavabıandırıb.

 

- Heyətdə daha çox yerli çempionatda çıxış edən futbolçulardır. Mahir Emreli və Şahruddin Məmmədəliyevin heyətə çağırılmaması nə ilə bağlıdı?
- ⁠Mahir zədəlidir. Ümumiyyətlə, siyahıda 50 nəfərə yaxın futbolçunun adı var idi. Onların arasında seçim etdik. Qeyd etdiyiniz oyunçuların hər biri zədəlidir ona görə də oynamayacaqlar.

 

- ⁠Uzun müddətdir Bakıdasız. Avrokubok matçlarımızı izlədiniz, idman komplekslərimizlə artıq tanışsınız. Gələcəyə ümidlə baxmaq olar?
- ⁠Reallıqla barışmaq lazımdır. Biz bura gələcək üçün komanda qurmağa gəlmişik. İndi heyətə cəlb etdiyim oyunçular da ilk dəfədir mənimlə işləyəcəklər. Cəmi bir gün məşq etmək imkanımız olacaq. Hansısa köklü dəyişiklik etməyə gərək yoxdur. Onlar bizi, biz də onları tanıyacağıq. Komandalarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrisə dəyişəcəyimizlə bağlı danışmaq tezdir. Rəqabətə davamlı komanda yaratmaq istəyirik. Mümkün qədər çox qol vurmaq lazımdır. Kompakt, istəkli, əzimkar, Vətəninə sadiq bir komanda yaratmaq istəyirik. Milliyə çağırılacaq hər bir futbolçu bizim üçün önəmlidir. Onların heç biri bizim üçün ulduz deyil.

 

- ⁠Legioner həyatı yaşayanlar sonuncu Millətlər Liqasında daha yaxşı formada idilər. İndi isə daha aşağı səviyyədədilər. Bəs bu barədə nə düşünürsüz?

- Əsas olan komandadır. Qrup oyunları bizim üçün vacibdir. Mənim üçün bir oyunçu digərindən önəmli deyil, hamı gözümdə bərabərdir. Burada hamımızın əsas məqsədi Azərbaycan naminə yaxşı iş görməkdir və yığmaya elə belə gəlməmişım. Komanda da bu əzimkarlığı yaratmaq lazımdır.

 

- ⁠Heyətin bu cür açıqlanması bizim üçün də yenilikdir. Premyer Liqa oyunlarından sonra hansısa bir zədələnən olsa, onu əvəzləməyə başqa futbolçu var?

- ⁠Təbii ki, alternativlər var. Avrokubok oyunlarını izlədim. Ölkədən qıraqda oynayan futbolçular da var ki, onların gəlib-getməsi də nəzərə alınıb. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatsa çıxış edənlər əvəz edəcək.

 

- ⁠11 ildən sonra "Turan Tovuz"dan iki futbolçu heyətə dəvət olunub. Bu onların yerli çempionatda lider olması ilə bağlıdır?

- ⁠Biz demək olar ki, bütün oyunları izləyirik. Bunun lider olmaları ilə əlaqəsi yoxdur. Kimi bu heyətə layiq görürüksə, onu dəvət edirik. Bu daim hərəkətdə olan prosesdir. Bu gün biri gələ bilər, daha sonra da gedə bilər. İndi milliyə dəvət olunan futbolçular Premyer Liqanın 4 klubundan olanlardır. Heç kim deyə bilməz ki, gələcək matçlarda digər klublardan da oyunçu olmayacaq. Daha çox onların öz klublarındakı çıxışlarına baxıb dəvət etmişik. Bütün futbolçulara böyük hörmətim var. Bu bir daha göstərir ki, futbolçulaın adını sizin qarşınızda açıqlayım. Bəlkə hansısa sualınız ola bilər.

 

- Bu oyunlarda nəticə nə dərəcədə önəmlidir?

- ⁠Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəyisə düşünsün. İlk olaraq elə bir komanda yaratmaq istəyirik ki, futbolçular inamlı və iddialı, taktiki və texniki cəhətdən yaxşı olsunlar. Rəqiblərimizi yaxşı analiz etmişik. Rəqib komandanın bütün oyunçuları ilə bağlı məlumatımız var. İndiki halda əsas baza əlimdə olan bu futbolçulardır.

 

- Arif Əsədovdan sonra yığmaya yerli məşqçi təyin olunmayıb. Bunun səbəbi nədir?
- ⁠Əlbəttə, millidə yerli məşqçi olacaq. Bu bizim üçün önəmlidir. Hər bir milli komandada yerli məşqçinin olması vacibdir. Ola bilsin ki, növbəti oyundan öncə bunu açıqlayacağıq.

 

- Ulduzlar göydə olur, dediniz. Bəs AVRO-2016-da Kriştiano Ronaldo da göydə idi?

- ⁠Fikrimcə, bu uğura görə tək o yox, bütün komanda ulduz sayılır.

 

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:08

Lotar Matteus Vinisiusun Daimi Təxribatlarına Toxunub

Futbol
Bu gün, 01:43

Əliyar Ağayev və Cavid Cəlilov "Turan Tovuz" - "Zirə" oyunundakı qərarlarına görə oyunlardan kənarlaşdırılıb

Futbol
Bu gün, 01:26

Kompani: "Real"la oyunda nəticə detallardan asılı olacaq

Futbol
Bu gün, 01:18

"Milan" "Napoli" səfərindən xalsız qayıdır

Futbol
Bu gün, 01:11

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 01:07

"Jirona" "Vilyarreal" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:04

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 00:49

A Seriyası: "Napoli" "Milan" üzərində qələbə qazandı, "Yuventus" və "Atalanta" da qalib gəldi - YENİLƏNİB

Olimpiada
Bu gün, 00:32

Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti Kreyq Rid vəfat edib

Minifutbol
Bu gün, 00:13

Azərbaycanla oyunlar ərəfəsində Qazaxıstan futzal millisinin heyətində dəyişiklik

Futbol
Dünən, 23:54

Rio Ferdinand Lamin Yamalın futbol sevgisini alovlandırdığını deyir

Futbol
Dünən, 23:39

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Dünən, 23:08

"Real Madrid" Kamavinqanı sərfəli təklif gələrsə satmağı düşünür

Boks
Dünən, 22:55

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçuları finala vəsiqə qazanıb, 10 bürünc medal əldə edilib

Futbol
Dünən, 22:53

Qurban Qurbanov: Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz

Basketbol
Dünən, 22:38

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin oyunları - "Şəki" "Quba"nı, "Naxçıvan" isə "Sərhədçi"ni məğlub edib

Basketbol
Dünən, 22:25

"Naxçıvan" basketbol komandası pley-offa yüksəldi

Boks
Dünən, 22:23

Böyük İpək Yolu turniri: Azərbaycanlı boksçulardan 11-i finalda

Voleybol
Dünən, 22:07

Azərbaycanda voleybol məşqçiləri üçün FIVB-nin iştirakı ilə kurs keçirilib - FOTO

Futbol
Dünən, 22:06

"Yuventus" "Cenoa"nı məğlub edib, "Atalanta" "Leççe"ni darmadağın edib, "Udineze" və "Komo" heç-heçə oynayıb

Futbol
Dünən, 21:56

"Korintians" Dorival Juniorla yollarını ayırdı

Futbol
Dünən, 21:52

Füzuli Məmmədovdan "Qarabağ"a 7:0 hesabı ilə məğlubiyyətdən sonra açıqlama

Futbol
Dünən, 21:39

Qurban Qurbanov Hakimliyin Vəziyyəti və Öz Hakimlik Məktəbimizin Yaradılması Barədə

Futbol
Dünən, 21:37

"Qəbələ"nin keçmiş məşqçisi Toni Adams BBC-nin yalnız bir klubda oynamış ən yaxşı futbolçular siyahısındadır

Oxşar xəbərlər