Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Slovakiyaya 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, ilk 68 dəqiqə yaxşı oyun göstərdik. Rəqibin bəxti də gətirdi. Qırmızı vərəqə almağımız oyunda qırılma nöqtəsi oldu. Ümumilikdə 4-5 qol imkanımız oldu. Biabırçı məğlubiyyət olduğunu deməzdim.
- Fərdi olaraq futbolçularda səhv axtarmaq istəməzdim. İlk sarı və nəticədə qırmızı vərəqə qərarında hakim qərəzli idi.
- Zaman lazımdır, bir ildən sonra danışacayıq. Bu, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə kimi davam edəcək. Artıq bir müddətdən sonra istənilən komandaya qarşı yaxşı oynayacayıq. Zamana ehtiyacımlz var.
- İnanmıram ki, Millətlər Liqasında D liqasına düşək. Gələcəkdə daha yaxşı oyun göstərəcəyik. Sona qədər mübarizə aparacayıq.
İdman.biz