top
Fernandu Santuş: 1-2 illik məsələ olsaydı, bura gəlməzdim Sport24.az
26 mart 2025, 00:31
- ↺ +

Fernandu Santuş: "1-2 illik məsələ olsaydı, bura gəlməzdim"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarusa uduzduqları oyundan (0:2) sonra fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi...

 

- İlk hissə balanslı oyun keçdi. 10-15 dəqiqə uşaqlar daha çox müdafiəyəmeyilli oynadılar. Tapşırıq verdik ki, irəli çıxmaq, futbol oynamaq lazımdır. Ümumi götürəndə hər iki komanda təhlükəli epizodlar yaratdı. Balanslı oyun gedirdi. Buna baxmayaraq, qapımızda 2 qol gördük. İkinci hissə matça yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oyun göstərdi. Toral Bayramovun da zərbəsi var idi. Bir müddət sonra Renat Dadaşovu meydana buraxdım ki, cüssəlidir, topu irəlidə saxlayaq. Şahin Şahniyarovun oyununu da vurğulamaq istəyirəm, debüt matçında yaxşı oynadı. 55 dəqiqədən sonra yorulduğunu gördük və əvəzlədik. Təəssüflər olsun, yenə bəsit qollar buraxdıq. Bu cür şeylərə görə çox üzülürük. Uşaqlar bərabərlik qolunu vurmağa çalışdılar. Hiss edirdim ki, komanda qol vura bilər. 3-lü müdafiə sisteminə keçdik. Cinahlardan hücumlar etməyə çalışdıq. Buna baxmayaraq, daha bir qol buraxdıq. Yüksək səviyyəli rəqabətdə belə qollar buraxmaq olmaz. Ümumilikdə, oyunçular yaxşı çıxış etdi. Bəzi futbolçular ilk dəfə idi millidə oynayırdı. Pozitic məqamlar çox oldu. Hər oyunçu göstərdi ki, milli səviyyəsində oynaya bilərlər. Xəyal, Səbuhi, Şahin, Mert bacarıqlarını göstərdilər. Bunlar pozitivdir, amma nəticə neqativ oldu.

 

- Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var?

- Hər şeyi edirik ki, məğlub olmayaq. Oyunçular əllərindən gələni etdilər. İndi hamısı məyusdur. İşimizi davam etdirməliyik. Üzərimizdə işləməliyik ki, nəticələri də düzəldək. Toralın epizodu qol olsaydı, oyun başqa cür davam edəcəkdi.

 

- Zamiq Əliyev ikinci dəfədir, kobud səhv edir. Onu yenə əsas heyətdə meydana buraxacaqsınız?

- Unutmayaq ki, oyunun 20 yaşı var. Gənclər hamısı davamlı oynamalıdır ki, özlərinə inam yaransın. Onları dərhal itirə bilmərik. Səhv etməkdən qorxsa, inkişaf etməyəcək.

 

- İki oyunda cinah müdafiəçisi kimi nominal stoperləri oynatdınız. Azərbaycanda cinah oyunçusu görmürsünüz? "Zirə"nin kapitanı Qismət Alıyev kifayət qədər yaxşı oynayır. Onu millidə görmürsünüz? 

- Qisməti bundan öncə dəvət etdik və oynadı.

 

- İndi nə üçün dəvət olunmayıb?

- Oyunlara baxıram. Hazırdakı durumda Amin Seydiyev, Mert Çelikin oyunlarını bəyəndim. Rahil Məmmədovun sağ cinahda oynamasına gəlincə, bir neçə dəfə o mövqedə oynayıb və milli qələbə qazanıb. Kim niyə dəvət olunmayıb deyə suallar normaldır. Məğlubiyyət olanda belə şeylər axtarılır. Üç gün öncə deyirdiniz bu oyunçular niyə oynamadı, bu dəfə fərqli adlar çəkilir.

 

- Sizcə, Portuqaliya Futbol Federasiyası 8 oyun uduzan millinin əcnəbi baş məşqçisini işində saxlayar?

- Millidə 109 oyun keçirmişəm və onun 20-ni məğlub olmuşam. Sualı başa düşdüm. Siz hazırda Portuqaliya millisi ilə Azərbaycanı müqayisə edə bilməzsiniz.

Orda 2 oyun ardıcıl uduzanda göndərilir. Bundan əvvəl işlədiyim Yunanıstan və Portuqaliya millisində ardıcıl 2 matç məğlub olmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox. 

 

- Azərbaycan millisində 8 oyunun 7-də məğlub olmusunuz. Eyni zamanda, 3 qol vurub, 22-ni buraxmısız. Bu rəqəmlər necə olmalıdır ki, başa düşəsiniz ki, bu oyunçularla alınmır, ölkənizə qayıdasınız.

- Bu sualı mənə verməyin. Müqaviləm var. Baş məşqçinin işi oyunçuların potensialına baxmaq, onların səviyyəsini artırmaqdır. Bu gün bir addım irəli atdıq. Çoxlu gənclər oynadılar. Bu işimə köklənmişəm.

 

- İki məğlubiyyətdən sonra futbol ictimaiyyəti və azarkeşlər qəzəblidir. Onların sakitləşməsi üçün üzr istəməyi düşünürsünüz?

- Üzr istəmək başüa şeydir. Əlbəttə, fanatların istəyini qarşılamalı, onları sevindirməliyik. Ancaq indi eyni hissləri keçiririk. Nəticələrə görə üzülürük. Heç kim bu duruma sevinmir. Nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, vəziyyəti yaxşılığa doğru dəyişək. Gücümüz var ki, işimizi davam etdirək. O gün gələcək ki, futbol ictimaiyyəti və azarkeşlər nəticələrə sevinəcək. Çox çəkəcək? Bəli. Dərk edirəm ki, asan deyil. Dəfələrlə vurğulamışam ki, asan deyil. Rəhbərliklə danışanda da 3+1 illik müqaviləni razılaşdırmışıq və bunları danışmışıq. 1-2 illik məsələ olsaydı, bura gəlməzdim. Prosesin asan olmadığını bilirəm. Ölkə, şəhər haqda danışsaq, hər şey mükəmməldir. Məsələ odur ki, 3+1 illik şərt olmasaydı, bura gəlməzdim. Bunu dəfələrlə izah etmişdim. Mən də çox üzgünəm. Karyeram boyunca bu qədər məğlub olmamışdım. Öz işimə, oyunçuların potensialına inanıram.

 

- Qələbə üçün daha zəif rəqib lazımdır? 

- İnkişaf, daha yaxşı olmaq istəyiriksə, güclü millilərə qarşı oynamalıyıq. Qələbə üçün əlbəttə, ən aşağı səviyyəli komandalarla oynamaq olar və hamı sevinərdi. Lakin bu, inkişaf üçün faydalıdırmı? Gələcəkdə daha güclülərlə oynamalıyıq ki, inkişaf edək.

 

Nuh Tarverdiyev

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Oxşar xəbərlər