top
Fernandu Santuş: Öz yolumuzda irəliləməliyik, müvəffəqiyyəti bu yolun davamında hiss edirəm. Sport24.az
23 may 2025, 16:52
- +

Fernandu Santuş: "Öz yolumuzda irəliləməliyik, müvəffəqiyyəti bu yolun davamında hiss edirəm."

Azərbaycan milli komandasının baş məşqççisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sport24.az portuqaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

- Qarşıdakı iki oyundan gözləntiləriniz nədir? 

- Gözləntilər həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qalib gəlməkdir.

 

- Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiz, ancaq tərəddüd etdiz?

- Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramill Şeydayevə Ozan Can Kökçü də dəvət edilmişdi. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də dəvət edilməyiblər. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır. 

 

- Mətbuatda yayılan xəbərlərə görə, milli qarşıdakı iki oyunda uduzsa, sizin kreslonuz laxlayacaq...

- Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

 

- Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür...

- Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

 

- Premyer Liqamızın səviyyəsini 10 ballıq şkalada necə ölçərsiniz?

- Ümumi çempionata necə bal verərəm? "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Amma ümumi çempionata 10 ballıq şkalada 5 bal verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

 

- Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiz?

- Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. 

 

- Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni mövsümdən legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsız?

- Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizədində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət olan futbolçular mütəmadi oynamalıdırlar.  Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da da gələcək.

 

- Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiz?

- Ümid edirəm ki, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə gələndə sevinirlər. 

 

- Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsız?

- Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır. Mən Millətlər Liqasının qalibi olmuşam.

 

- Gənc həmkarımıza əsəbiləşdiz. Sizə güvənirik, amma nəticə yoxdur...

- Xeyr, əsəbiləşməmişəm. Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görərsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxusu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu.

 

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən dəvət edib, ona etibar edəsiz...

- Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakı kömək edəcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

Petr Çex 26 illik evliliyindən sonra boşandı

Futbol
Bu gün, 16:32

Ayşən Əhmədova "Amedspor"a keçib

Gimnastika
Bu gün, 16:28

Azərbaycan Dünya Oyunlarında 5 medala yüksəldi / Azərbaycanın Dünya Oyunlarındakı medal sayı 5-ə çatdı

Futbol
Bu gün, 16:28

Bakayev "Ximki"nin azərbaycanlı sərmayədarına maaş borcunu xatırlatdı: "Qafqazda söz verən sözünü tutar"

Futbol
Bu gün, 16:26

"Beşiktaş" Taylan Bulutu transfer etdi

Futbol
Bu gün, 16:20

U-21 Azərbaycan - Portuqaliya oyununun yeri və vaxtı açıqlandı

Gimnastika
Bu gün, 16:16

Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar (aerobika, qarışıq cütlük)

Futbol
Bu gün, 16:15

Aslan Kərimovdan "Sabah"ın məğlubiyyəti ilə bağlı ŞƏRH: Əsas problemlərdən biri bu idi

Futbol
Bu gün, 16:05

Misli Premyer Liqasına start verildi: "Karvan-Yevlax" - "Qəbələ" oyununun heyətləri açıqlandı - VİDEO

Futbol
Bu gün, 16:03

Premyer Liqaya Şamaxıda start verildi: "Karvan-Yevlax" - "Qəbələ"

Şahmat
Bu gün, 16:00

Balakəndə Yeniyetmələrin Respublika Şahmat Olimpiadası Keçirildi

Futbol
Bu gün, 15:59

U-21: Portuqaliya - Azərbaycan oyununun yeri və vaxtı məlum oldu

Futbol
Bu gün, 15:51

Samba Kamaranın "Sumqayıt"a transferi niyə baş tutmadı: Detallar bəlli oldu

Futbol
Bu gün, 15:41

U-21: Portuqaliya - Azərbaycan oyununun vaxtı və yeri məlum oldu

Futbol
Bu gün, 15:40

Ayşən Əhmədova "Amedspor"a keçdi

Futbol
Bu gün, 15:34

Premyer Liqa klublarının baş məşqçiləri 2025/2026 mövsümü ilə bağlı hədəflərini açıqlayıblar

Futbol
Bu gün, 15:19

Misli Premyer Liqası klublarının baş məşqçiləri 2025/2026 mövsümü ilə bağlı fikirlərini bölüşüblər - SORĞU

Futbol
Bu gün, 15:01

"Bavariya" Nkunkunun transferi üçün "Çelsi" ilə danışıqlara başlayıb

Şahmat
Bu gün, 15:01

Balakəndə yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib: Nəticələr və qaliblər

Futbol
Bu gün, 15:00

"Sevilya"lı Xuanlu "Napoli"yə transferə yaxındır

Futbol
Bu gün, 14:44

Mikel Alvaro Salazar: "Montiel 'Qarabağ' üçün çox vacib oyunçu ola bilər"

Voleybol
Bu gün, 14:40

Mixail Frişman Avropa Çempionatının təsnifat oyununa təyinat alıb

Şahmat
Bu gün, 14:38

Balakəndə Yeniyetmələr Arasında Respublika Şahmat Olimpiadasının Nəticələri Açıqlanıb

Futbol
Bu gün, 14:29

"Qalatasaray" Eynsli Meytland-Naylsı transfer etmək istəyir

Oxşar xəbərlər