"Bu, texniki bir qərardır. Son oyunlarda onun çıxışını bəyənmədim və dəvət etmədim"
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, Mehdi Cənnətovun milliyə dəvət olunmamasına, Mahir Emrelinin növbəti oyunda meydana çıxmayacağına münasibət bildirib: "Hər zaman çıxış yolu var. Çalışacağıq ki, bunu tapaq. Qarşıdakı təlim-məşq toplanışında bunu aydınlaşdıracağıq və irəlidə kimin oynamasına qərar verəcəyik".
Emin Ağa
İdman.biz