top
Fernandu Santuş: “Hansısa köklü dəyişiklik etməyə gərək yoxdur” - MÜSAHİBƏ İdman.biz
30 avqust 2024, 11:44
- +

Fernandu Santuş: “Hansısa köklü dəyişiklik etməyə gərək yoxdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçiriləcək.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə yığmanın durumunu açıqlayıb.

- Heyətdə daha çox yerli çempionatda çıxış edən futbolçulardır. Mahir Emreli və Şahruddin Məmmədəliyevin heyətə çağırılmaması nə ilə bağlıdı?

- ⁠Mahir zədəlidir. Ümumiyyətlə, 50 nəfərə yaxın futbolçu siyahısı var idi. Onların arasında seçim etdik. Qeyd etdiyiniz oyunçuların hər biri zədəlidir ona görə də oynamayacaqlar.

- ⁠Uzun müddətdir Bakıdasız. Avrokubok matçlarımızı izlədiniz, idman komplekslərimizlə artıq tanışsınız. Gələcəyə ümidlə baxmaq olar?

- ⁠Reallıqla barışmaq lazımdır. Biz bura gələcək üçün komanda qurmağa gəlmişik. İndi heyətə cəlb etdiyim oyunçular da ilk dəfədir mənimlə işləyəcəklər. Cəmi bir gün məşq etmək imkanımız olacaq. Hansısa köklü bir dəyişiklik etməyə gərək yoxdur. Onlar bizi, biz də onları tanıyacağıq. Komandalarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrisə dəyişəcəyimizlə bağlı danışmaq tezdir. Rəqabətə davamlı komanda yaratmaq istəyirik. Mümkün qədər çox qol vurmaq lazımdır. Kompakt, istəkli, əzimkar, Vətəninə sadiq bir komanda yaratmaq istəyirik. Milliyə çağırılacaq hər bir futbolçu bizim üçün önəmlidir. Onların heç biri bizim üçün ulduz deyil.

- ⁠Legioner həyatı yaşayanlar sonuncu Millətlər Liqasında daha yaxşı formada idilər. İndi isə daha aşağı səviyyədədilər. Bəs bu barədə nə düşünürsüz?

- ⁠Əsas olan komandadır. Qrup oyunları bizim üçün vacibdir. Mənim üçün bir oyunçu digərindən önəmli deyil, hamı gözümdə bərabərdir. Burada hamımızın əsas məqsədi Azərbaycan naminə yaxşı iş görməkdir və yığmaya elə belə gəlməmişım. Komanda da bu əzimkarlığı yaratmaq lazımdır.

- ⁠Heyətin bu cür açıqlanması bizim üçün də yenilikdir. Premyer Liqa oyunlarından sonra hansısa bir zədələnən olsa, onu əvəzləməyə başqa futbolçu var?

- ⁠Təbii ki, alternativlər var. Avrokubok oyunlarını izlədim. Ölkədən qıraqda oynayan futbolçular da var ki, onların gəlib-getməsi də nəzərə alınıb. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatsa çıxış edənlər əvəz edəcək.

- ⁠11 ildən sonra "Turan Tovuz"dan iki futbolçu heyətə dəvət olunub. Bu onların yerli çempionatda lider olması ilə bağlıdır?

- ⁠Biz demək olar ki, bütün oyunları izləyirik. Bunun lider olmaları ilə əlaqəsi yoxdur. Kimi bu heyətə layiq görürüksə, onu dəvət edirik. Bu daim hərəkətdə olan prosesdir. Bu gün biri gələ bilər, daha sonra da gedə bilər. İndi milliyə dəvət olunan futbolçular Premyer Liqanın 4 klubundan olanlardır. Heç kim deyə bilməz ki, gələcək matçlarda digər klublardan da oyunçu olmayacaq. Daha çox onların öz klublarındakı çıxışlarına baxıb dəvət etmişik. Bütün futbolçulara böyük hörmətim var. Bu bir daha göstərir ki, futbolçulaın adını sizin qarşınızda açıqlayım. Bəlkə hansısa sualınız ola bilər.

Banuçiçək Hüseynli
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:59

"Sumqayıt" - "Neftçi" oyunu başladı: Misli Premyer Liqasının 26-cı turu CANLI

Futbol
Bu gün, 17:57

"Karvan-Yevlax" oyununun biletləri satışdadır: qiymətlər 3 manatdan başlayır

Futbol
Bu gün, 17:51

Superliqa: "Samsunspor" və "Konyaspor" arasında dörd qollu heç-heçə

Futbol
Bu gün, 17:42

"Kəpəz" - "Qəbələ" oyununda həkimin qeyri-adi hərəkəti - VİDEO

Tennis
Bu gün, 17:42

"Şüa İdman Kompleksi"ndə stolüstü tennis yarışına start verildi

Futbol
Bu gün, 17:31

Misli Premyer Liqası: "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəldi

Futbol
Bu gün, 17:27

"Qəbələ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 17:27

"Liverpul" Harri Uilsonu geri qaytarmaq istəyir

Futbol
Bu gün, 17:26

ESPN 21 yaşadək ən yaxşı 20 futbolçunu açıqlayıb: Arda Güler ilk üçlükdədir

Futbol
Bu gün, 17:19

"Kəpəz" - "Qəbələ": "Qəbələ" səfərdə qələbə qazandı

Futbol
Bu gün, 17:16

"Kəpəz" - "Qəbələ" oyununun nəticəsi: "Qəbələ"dən qələbə

Futbol
Bu gün, 17:14

"Sumqayıt" - "Neftçi" oyununun start heyətləri və matç haqqında məlumat

Futbol
Bu gün, 17:02

"Kəpəz" - "Qəbələ": İsmael Akinade hesabı açdı - CANLI

Futbol
Bu gün, 17:02

"Sumqayıt" - "Neftçi": Misli Premyer Liqası, Heyətlər və Oyun Öncesi

Futbol
Bu gün, 17:01

"Qəbələ" "Kəpəz"i məğlub etdi

Futbol
Bu gün, 16:59

Mirça Luçesku süni komaya salınıb

Futbol
Bu gün, 16:58

TFF prezidenti Montella ilə əməkdaşlığın davam edəcəyini açıqladı

Cüdo
Bu gün, 16:51

Gəncə Avropa Kubokunda Azərbaycan 24 medal qazandı

Boks
Bu gün, 16:44

NHL Matçında Doğum və Bədbəxt Hadisə: Arenada Gözlənilməz Anlar

Futbol
Bu gün, 16:33

"Kəpəz" - "Qəbələ" oyununun hesabatı

Futbol
Bu gün, 16:32

"Kəpəz" - "Qəbələ" qarşılaşmasının ilk yarısı başa çatdı: Qollar yoxdur

Futbol
Bu gün, 16:28

Paolo Maldini İtaliya Futbol Federasiyasının prezidentliyinə namizəd ola bilər

Futbol
Bu gün, 16:28

Levandovskinin qolu "Barselona" tarixində Stoiçkovla bərabərləşməsinə səbəb oldu

Cüdo
Bu gün, 16:25

Gəncədəki Avropa Kubokunda Azərbaycan yeniyetmə cüdoçuları 24 medal qazanıblar

Oxşar xəbərlər