top
Fernandu Santuş DÇ-2026 seçmə mərhələsi matçları öncəsi mətbuat konfransı keçirib Idman.biz
29 avqust 2025, 11:35
- ↺ +

Fernandu Santuş DÇ-2026 seçmə mərhələsi matçları öncəsi mətbuat konfransı keçirib

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiz. İndi peşman deyilsiz ki?

- Öncə, "Qarabağ"ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropa bir müddət "Qarabağ" və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, o elə məsələdir ki, mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

- Kapitan Bədavi Hüseynov yoxdur. Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?

- Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların davamlı oyun praktikası olsun. Amma bu hazırkı reallıqdır. Bu ssenari ilə davam edib, işləməliyik. Çalışacağıq ki, əlimizdə olan materialla yaxşı hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, bütün dəvət edilənlər davamlı oynasınlar. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik.

- Yaxşı nəticəyə ümid etdiyinizi dediniz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?

- Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik.

- Legioner limitinin ləğvi ilə bağlı sizinlə məsləhət etdilər? Şəxsi fikriniz necədir?

- Artıq cavab verdim.

- Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?

- Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

- İlk mətbuat konfansınızda demişdiz ki, Yunanıstan futbolunda etdiklərimizi burada etmək istəyirik. Amma indi deyirsiz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir...

- Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda oyunçular var ki, xaricdə oynayırlar. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futbola kömək ola bilər.

- "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələdə şanslarını necə dəyərləndirərdiz?

- Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. "Qarabağ" layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm.

- İslandiya və Ukrayna milliləri ilə bağlı fikirləriniz necədir?

- Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər, çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. İslanidya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə bir dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu ilə çıxış edirlər. Bizim üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

- Milli komandanın uğursuzluqlarına görə sərt tənqidlər var. Bunu necə qarşılayırsız?

- 40 ildir baş məşqçi kimi çalışıram (gülür).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Oxşar xəbərlər