top
Fernandou Santuş: Komanda meydana məğlub olmaq üçün çıxmışdı Sport24.az
23 mart 2025, 00:30
- ↺ +

Fernandou Santuş: "Komanda meydana məğlub olmaq üçün çıxmışdı"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haitiyə uduzduqları yoldaşlıq oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi...

 

- Dünən start heyəti müəyyənləşdirdiyinizi demişdiniz. Yuxunuzda bu hesabı görsəydiniz, heyəti dəyişərdiniz?

- Əlbəttə, dəyişiklik edərdim. Komanda məşqlərdə özünü yaxşı göstərirdi. Oyundan sonra çox şey demək olar. Düşünürəm ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. İlk hissədə daha yaxşı oynadıü. Qol imkanlarını dəyərləndirə bilmədik. İkinci hissədə hücum xəttinə oyunçular buraxdım. Cinahdan asmalardan istifadə etmək istəyirdik. Yarımmüdafiədə də dəyişilik etdik ki, intensivlik artsın. İkinci hissənin əvvəlində eynisəviyyəli oyun oldu. İkinci qoldan sonra komanda ruhdan düşdü. Xəyal, Səbuhi meydana daxil olandan sonra hücumda aktiv olduq. Hücumları sonlandıra bilmədik. Uşaqlar çalışdılar.

 

- Adətən 5-li sistem oynadırdınız, bu gün isə 4-lü sistemi seçdiniz. Heyətlə bağlı seçimlərinizi nə ilə əlaqələndirə bilərsiniz?

- 5-li sistemlə 2 oyun oynamışıq. Rahili müdafiənin cihanında oynatdıq. O, mərkəzdə və cinahdan oynaya bilir. Elvinə hücumda sərbəstlik vermək istədik. Oyunçularıma inanıram və potensiallarını bilirəm. Ona görə bu sistemlə oynadıq. Əsas heyətdə çıxanlar təcrübəli futbolçulardır. Az oynamalarına baxmayaraq, təcrübələri var. Məşqlərdə özlərini yaxşı göstərirdilər.

 

- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq oyununda qırmızı vərəqə aldı. Buna necə izah verərdiniz?

- Elvinlə danışdım və bunun yolverilməz olduğunu dedim. Bir şeyə görə oyunçunu öldürə bilmərik.

 

- Gələcəyin komandasını quracağınızı demişdiniz. Amma heyətdə 3 rus, 1 türk futbolçu var. Onların 3-nün yaşı 30-dan yuxarıdır. Bu oyunçularla gələcəyin komandasını quracaqsınız?

- Ozanən 27, Şahruddinin 29 yaşı var. İnkişaf istəyiriksə, təcrübəlilərdən də istifadə etməliyik. Heyətdə gənc oyunçular da var idi.

 

- Qeyri-azərbaycanlıların oynadılmasına qarşıyam... 

- Bədavi, Şahruddin çox təcrübəli və güclü oyunçudurlar. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

 

- Belarusla oyunda heyətdə dəyişikliklər olacaq? I Liqadan - "Qəbələ"dən dəvət alan Şahin Şahniyarovu meydanda görəcəyik.

- Növbəti oyunda dəyişikliklər olacaq. Matç istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. İstedadlı oyunçudur. Strateji cəhətdən dəyişikliklər mənim məsuliyyətimdədir. Bugünkü matçda 4-4-1-1 oynamaq istəyirdik alınmadı.

 

- Haitinin üçüncü qolundan sonra azarkeşlər rəqibi alqışladı. Nə vaxtsa da, rəqib azarkeşlər bizi alqışlayacaq və baş məşqçi siz olacaqsınız?

- Əlbəttə, futbolda belə hallar olur. Azarkeşlər də yığmadan qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, alqışlayarlar.

 

- 1 ildir, yığmadasınız. Millidə nəyi dəyişə bilmisiniz? Azarkeşləri nə vaxt qələbə ilə sevindirəcəksiniz?

- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.

 

Nuh Tarverdiyev 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Oxşar xəbərlər