top
Fernando Santuş: Nəticələri biabırçı saymıram Sport24.az
15 oktyabr 2024, 02:41
- ↺ +

Fernando Santuş: "Nəticələri biabırçı saymıram"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının dördüncü turunda doğma meydanda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Millinin belə biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korladığınızı düşünmürsünüz?

– Biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Müəyyən qədər vaxt lazımdır. Düşünürəm ki, oyunun ilk dəqiqələrindən 68 dəqiqəyə qədər yaxşı performans sərgilədik. Sadəcə bu cür vəziyyətlərdə bəxt amili müəyyən qədər rəqib tərəfdə oldu. Qırmızı vərəqədən sonra üstünlük onlara keçdi. Bundan sonra oyunun taleyini dəyişmək çətindi. Oyun ərzində 4-5 qol imkanımız olsa da, dəyərləndirə bilmədik.

 

– Qırmızı vərəqə epizodunda daha çox səhv ötürmə edən Rahil, yoxsa kobud oynayan Mahir günahkardır?

– Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki… Fərdi səhvlər haqda danışmağı xoşlamıram. Bəlkə, ilk sarı vərəqədən sonra artıq problem başlamışdı. Ancaq düşünürəm ki, hakimin qərarı da qərəzli idi. Mahir Emreliyə verilən sarı vərəqələr müzakirəyə açıqdır. Amma bunlar oyunun taleyini dəyişmir.

 

– Mahirin qovulması aşkar məsuliyyətsizlik kimi görünür. Azərbaycana böyük layihə üçün gəldiyinizi demişdiniz. Bu heyətlə planları həyata keçirmək nə dərəcə realdır? Buna inanırsınız?

– Müsahibələrimdə qeyd etmişəm ki, zaman lazımdır. Bir il sonra bunu danışacağıq. Hələ o vaxt yetişməyib. Konfranslarda qeyd etmişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər layihə davam edəcək və bir neçə il sonra istənilən komandaya qarşı normal futbol sərgiləyə biləcəyik. Hələ bir il keçməyib. Komandada potensial görürəm. Sadəcə zaman lazımdır.

 

– Məğlubiyyəti biabırçı hesab etmir. Azərbaycan millisi D Liqasına yuvarlansa, biabırçılıq hesab edəcəksiniz?

– D Liqasına düşəcəyimizə inanmıram. Olsa da, problem nədədir? Məqsədimiz gələcəkdə daha yaxşı futbol oynamaqdır. D Liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparacağıq. Azərbaycan buna qədər aşağı liqaya düşüb? Təbii ki, hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyət fikirlərini anlayıram. Amma etiraf edək ki, komanda yaxşı nəticə qazanmaq üçün mübarizə apardı. 68 dəqiqə yaxşı futbol göstərdik. Bunu səmimi qəbul etməliyik. Bəlkə də, "qırmızı" olmasaydı, nəticə fərqli alınardı. Azlıqda qalanda güclü rəqibə qarşı nəyisə dəyişmək çətin olur. Yaratdığımız qol fürsətlərindən istifadə etsəydik, fərqli nəticə qazanıb, indi fərqli danışardıq. Millidən effektiv oyun gördüm. Nəticə hər kəs üçün arzuolunmazdır. Zənnimcə, düzgün yoldayıq. Estoniya ilə matçda 35 dəqiqə üstün olduq, bu gün də 68 dəqiqə. Düşünürəm ki, belə detalları inkişaf etdirib, gələcəyə ümidlə baxmaq olar.

 

– Aşağı yaş qruplarının nəticələrindən yəqin xəbərdarsınız. Gələcəyin komandasını kimlərlə quracaqsınız?

– Təbii ki, həmin futbolçular içərisində əsas yığmaya yüksələcək futbolçular olacaq. 1-2 il sonra milli səviyyəsində inkişaf etmiş futbolçular olacaq. Hamımız birlikdə çalışaraq bunu görəcəyik.

 

– Ozan Can Kökçü iki oyunda da meydana çıxmadı. Onun oynadığı komanda – "Molde" Estoniya futboluna yaxındır, bəlkə, meydana çıxsa, daha yaxşı oynaya bilərdi. Amma şans vermədiniz. Bu, nə ilə bağlıdır?

– Bu, iqlimlə bağlı deyil. Estoniyanın Norveç iqliminə yaxın olması nə əlaqə?

 

– "Beşiktaş"da ardıcıl 5 məğlubiyyətdən sonra istefa vermişdiniz. Bu dəfə nə vaxt istefa verəcəksiniz? Daha əvvəl Polşa və Türkiyədə müqavilənizə vaxtından əvvəl xitam verildi…

– Siz hekayəni bilmirsiniz. "Beşiktaş"da ilk 10 oyunun 7-də qələbə qazanmışıq.

 

– Hücumda dəqiqlik yoxdur. Növbəti matçlarda irəlidə rotasiya etməyi düşünürsünüz?

– Bu məsələni düşünməliyik. Təbii ki, hər kəsi başa düşürəm. 4 oyundan sonra neqativ nəticələrdən kimsə məmnun deyil. Bu haqda düşünəcəyik. İlk növbədə İsveçlə oyunda yaşananlar haqda danışmaq istəyirəm. 5-6 real qol şansı yaxaladıq, dəyərləndirə bilmədik. Penalti oldu, yenə yararlanmadıq. Bu gün üstünlük daha çox bizdə idi. Fürsətləri dəyərləndirsəydik, indiki vəziyyətimiz fərqli olardı. Estoniya səfərində fasiləyə iki fərqlə öndə yollana bilərdik. Asanlıqla qol şansı yaradırıq, amma fərqlənə bilmirik. Bir şeyi nəzərə çatdırım, komanda bir aydan sonra toplaşacaq və yenə qısa vaxtımız olacaq. Daha çox məşq edərək problemləri aradan qaldıra bilərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Oxşar xəbərlər