"Barselona"nın 22 yaşlı yarımmüdafiəçisi Fermin Lopes yay transfer dönəmində klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Səudiyyə Ərəbistanı təsilçilərindən bir neçəsi Lopesə "rənglərinə bağlamaq" istəyir. Ancaq futbolçunun özü İspaniyanı tərk etmək istəmir. Kataloniya klubu da futbolçunu satmaq fikrində deyil.
Qeyd edək ki, yarımmüdafiəçi son mövsümdə "Barselona"nın heyətində 46 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.