top
Fərid Qayıbov Çempionlar Liqasının qalibi “Birbaşa Bakı”nın heyəti ilə görüşüb İdman.biz
11 sentyabr 2024, 16:31
- ↺ +

Fərid Qayıbov Çempionlar Liqasının qalibi “Birbaşa Bakı”nın heyəti ilə görüşüb

Bu gün Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" komandasının heyəti ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüşdə məşqçi və futbolçuların yarışla bağlı təəssüratları dinlənilib.

Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.

Fərid Qayıbovun sözlərinə görə, milli komandamızın Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. O bildirib ki, federasiyanın gördüyü işlərin, milli çempionatın yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər.

Federasiya prezidenti Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırıb. Bütün idman növlərində olduğu kimi, minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimul yaratdığını deyib.

"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə, göstərdikləri diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasında qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə, həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.

Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olunub və xatirə şəkli çəkilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Oxşar xəbərlər