top
Fərid Nəbiyev: Karyera planları, legioner limiti və milli komanda barədə müsahibə Idman.biz
05 iyun 2025, 13:55
- ↺ +

Fərid Nəbiyev: Karyera planları, legioner limiti və milli komanda barədə müsahibə

Son mövsümü "Səbail"də keçirmiş yarımmüdafiəçi Fərid Nəbiyevin futbolinfo.az-a müsahibəsi

– 2024/2025 mövsümündə Misli Premyer Liqasını tərk edən komanda "Səbail" oldu. Sezonu sonuncu pillədə bitirməyinizin əsas səbəbləri hansılardır?

– Heç kim istəməzdi ki, belə bir hadisə baş versin. Bu halı heç bir futbolçuya arzulamıram. Amma futbolda hər şey ola bilir. Bəlkə də çox səbəb var, ancaq bu haqda heç nə deyə bilmərəm.

– Mövsümün son turunda – "Sumqayıt"la matçda (1:4) qardaşınız Yusif Nəbiyevlə birlikdə adınızı iştirak ərizəsində görmədik. Bu nə ilə bağlı idi?

– Hər ikimiz zədəli idik. Bu səbəbdən "Sumqayıt"la oyunda iştirak etmədik.

– Necə düşünürsünüz, "Şamaxı" və "Qəbələ" kimi, "Səbail" də cəmi 1 ildən sonra Premyer Liqaya qayıda biləcək?

– "Səbail"ə uğurlar arzulayıram. Ümid edirəm ki, dediyiniz olar və bu komanda yenidən Premyer Liqada oynayar.

– qıza nə vaxt aydınlıq gələcək? Yəqin ki, Premyer Liqanın digər klublarından təklifləriniz var. Həmin təkliflər arasında seçim edəcəksiniz, yoxsa yenidən legioner həyatı yaşamaq istərdiniz?

– Açığı, ölkə xaricindən də təkliflərim var. Amma hələ gələcək karyeramla bağlı qərar verməmişəm. Yaxın müddətdə hər şeyə aydınlıq gələcək.

– Ölkə xarici deyəndə vaxtilə yollandığınız Çexiyanı nəzərdə tutursunuz?

– Xeyr, Çexiyanı nəzərdə tutmuram. Başqa ölkələrdən maraqlananlar var. Necə olacağını zaman göstərəcək.

– Növbəti mövsümdən ölkə çempionatında legioner limiti olmayacaq. Deməli, yerli futbolçuların heyətə düşməsi çətinləşəcək. Bu, sizdə narahatlıq yaradırmı?

– Şəxsən məndə heç bir narahatlıq yaratmır. Ümid edirəm ki, kim güclüdürsə, o da oynayacaq. Legioner limitinin ləğvi o demək deyil ki, əcnəbilər bizdən çox üstün olacaqlar. Bizim çempionatda oynamaq heç də asan deyil. Növbəti mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

– Artıq 26 yaşınız var və hələ də millinin aparıcı futbolçularından birinə çevrilməməyiniz təəssüf doğurur. Bu məqam sizi də məyus edirmi? Yaxın gələcəkdə yığmanın əsas oyunçularından olacağınıza inamınız varmı?

– Mümkünsüz heç nə yoxdur. Əvvəlcə çalışıb milliyə düşmək lazımdır. Yalnız ondan sonra nəsə danışmaq olar. Hələ ki fikrimi yeni mövsümə yönəltmişəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər