top
Fərid Nəbiyev: Bu qələbəyə çox ehtiyacımız var idi, ardını gətirməliyik - MÜSAHİBƏ Idman.biz
18 oktyabr 2025, 21:07
- ↺ +

Fərid Nəbiyev: "Bu qələbəyə çox ehtiyacımız var idi, ardını gətirməliyik" - MÜSAHİBƏ

"Böyük hesablı qələbə gözləmirdik, lakin həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq".

Bunu "Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyev futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda mövsümdə ilk qələbənizi qazandınız. "Şamaxı" üzərində 4:1 hesablı qələbəni necə şərh edərdiniz?

- "Şamaxı" çox yaxşı komandadır. Güclü müdafiə olunurlar. Buna görə də işimizin çətin olacağını bilirdik. Rəqib hesabda önə keçsə də, ruhdan düşmədik, çalışdıq əlimizə düşən fürsətləri dəyərləndirək. İlk hissədə geridönüş edə bildik. Rəqibin qırmızı vərəqə alması bizi bir qədər də rahatlaşdırdı. Çox gözəl, vacib qələbə qazandıq. Komandamızı təbrik edirəm. Biz buna layiqik. Həm də komandanın bu qələbəyə çox ehtiyacı var idi.

- Bu cür böyük hesabla qələbə qazanacağınızı gözləyirdiniz?

- Böyük hesablı qələbə gözləmirdik, lakin həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq. Bizi nə gözlədiyini bilirdik. "Şamaxı" hər bir rəqibə çətinlik yarada bilir. Amma hər bir komanda kimi, onların da boşluqları var. Çalışdıq həmin boşluqlardan faydalanaq.

- Demək olar ki, çempionatdakı fasilə "Kəpəz" üçün faydalı oldu?

- Əlbəttə, demək olar. Milli fasilə bizim üçün faydalı oldu.

- Bu qələbədən sonra "Kəpəz"in "qara zolaq"dan çıxdığını söyləmək mümkündür, yoxsa hələ tezdir?

- Bu qələbə bizə çox lazım idi. İlk 7 turda xal qazana bilməmişdik. Ona görə də qələbəyə çox ehtiyacımız var idi. Lakin artıq bu oyunu unutmalıyıq. İndi əsas məsələ bunun ardını gətirməkdir. Çünki qələbəyə, xallara çox ehtiyacımız var.

- Azər Bağırovun gəlişi komandada nəyi dəyişib?

- İstər-istəməz komandada baş məşqçi dəyişikliyi olanda bu, futbolçulara təsir edir. Motivasiya artır. Ümumi olaraq Adil müəllimə də təşəkkür edirəm. İndi komandanı Azər müəllim çalışdırır. Əlimizdən gələni edirik ki, onun tapşırıqlarını yerinə yetirək. Bütün gücümüzü meydanda qoyacağıq ki, baş məşqçimizin istəklərini yerinə yetirib qələbələr qazanaq.

- "Şamaxı" ilə matçda iki qol vurdunuz. Öz çıxışınızdan razı qaldınız?

- Bu, mənim maksimumum deyil. Daha da qalxa bilərəm. Əlimdən gələni edəcəm ki, növbəti matçlarda da komandama faydalı olum.

- Yəni qolların ardı gələcək?

- İnşallah. Bunun üçün daha çox çalışacağam.

- Növbəti turda qarşılaşacağınız "İmişli" ilə görüşdən gözləntiləriniz nədir?

- Artıq sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Məşqçilərimiz rəqibi analiz edəcəklər, bizə lazımi məlumatları çatdıracaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, həmin matçda da qələbə qazanaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Oxşar xəbərlər