top
Fərhad Vəliyevdən Qarabağın Benfika ilə oyunundan gözləntilər Idman.biz
16 sentyabr 2025, 20:00
- ↺ +

Fərhad Vəliyevdən "Qarabağ"ın "Benfika" ilə oyunundan gözləntilər

"Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibə verib.

- "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu bu gün səfərdə "Benfika"ya qarşı keçirəcək. Hansı nəticəni gözləyirsiniz? "Qarabağ"ın Portuqaliyadan uğurlu nəticə ilə qayıtmaq şansı varmı?

- Çox çətin oyun olacaq. Çünki tarixə nəzər salsaq, "Benfika" Çempionlar Liqasında ən çox iştirak edən klublardan biridir. Bu səbəbdən "Qarabağ"ı ağır səfər matçı gözləyir. Təbii ki, futbolda hər şey ola bilər. Amma "Benfika" həqiqətən də güclü rəqibdir. "Qarabağ" Portuqaliyada uğurlu nəticə əldə etsə, bu, böyük nailiyyət olar.

- Bilirik ki, Portuqaliya klubları da topla oynamağı sevirlər, üstəlik, rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular toplaşıb. Bu məqamlar "Qarabağ"a öz oyununu göstərmək baxımından mane ola bilərmi?

- Əlbəttə, Portuqaliyanın digər klubları kimi, "Benfika" da həmişə öz texnikası, yaxşı futbolu ilə seçilib, öndə olub. Ancaq "Qarabağ" da topla oynamağı sevir. Düşünürəm ki, "Benfika" böyük qüvvə ilə hücumlar etsə belə, "Qarabağ"da da topla yaxşı davranan, texnikalı oyunçular var. Bu baxımdan təmsilçimiz "Benfika"dan geri qalmayacaq, öz oyununu göstərməyə və nəticə əldə etməyə çalışacaq.

- Yeni hücumçu transferi alınmadı, üstəlik, Nəriman Axundzadə də zədəlidir. Bunların fonunda "Qarabağ"da hücumun sivri ucunda kimin yer alacağını düşünürsünüz? Bir də bu gün çempionumuzun heyətində kimdən qol gözləyirsiniz?

- Bəli, Nəriman zədəlidir, yeni hücumçu transfer etmək mümkün olmadı. Bu, komandaya əlavə çətinlik yarada bilər. Görünür, "Qarabağ"a tam uyğun futbolçu tapa bilməyiblər və ya danışıq aparılan oyunçularla anlaşma mümkün olmayıb. Bilirsiniz ki, Azərbaycana yaxşı futbolçu gətirmək çətindir. Bəlkə də, qarşıdakı aylarda keyfiyyətli hücumçu transfer edə biləcəklər, yəqin ki, axtarışdadırlar. Nəriman zədəli olsa da, Musa Qurbanlı var. O da son vaxtlar öz oyunu ilə göstərir ki, əsas heyətdə yer ala bilər. Bundan əlavə, "Qarabağ"ın hücumameylli oyunçuları çoxdur. Düşünürəm ki, Qurban müəllim buna bir əlac tapa biləcək. Çətin olsa da, səfərdə "Qarabağ"dan qollar gözləyirik.

- Liqa mərhələsindəki rəqiblərin səviyyəsi hər kəsə bəllidir. Sizcə, "Qarabağ" bu mərhələdə neçə xal toplamaq iqtidarındadır?

- "Qarabağ"ın Liqa mərhələsindəki rəqiblərinin hamısı güclü klublardır. Göz gəzdirəndə görürük ki, Çempionlar Liqasında zəif komanda yoxdur. Bu isə o deməkdir ki, 8 oyunun hər biri "Qarabağ" üçün çətin keçəcək. Xüsusən, səfər görüşləri ağır alınacaq. Bu mənada, səfər matçlarında az xal toplayacaqlarını düşünürəm. Amma Bakıda "Qarabağ" rəqiblərdən xal qopara, qələbə qazana da bilər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər