top
Fərhad Vəliyev: Güclü futbol ölkələrinin nümayəndələrini də heyrətləndirəcəyik - MÜSAHİBƏ Idman.biz
28 may 2025, 12:27
- ↺ +

Fərhad Vəliyev: "Güclü futbol ölkələrinin nümayəndələrini də heyrətləndirəcəyik" - MÜSAHİBƏ

"Zirə"nin qapıçıların hazırlığı üzrə məşqçisi Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibəsi

– Ölkə çempionatının 2024/2025 mövsümünü də gümüş medalla tamamladınız və yenidən avrokuboklarda çıxış edəcəksiniz. "Zirə"nin gözləntiləri tam doğrultduğunu düşünürsünüz, yoxsa komandanızın potensialı bundan da artığına imkan verirdi?

– Düşünürəm ki, mövsümü çox yaxşı keçirdik. İlk yarının sonlarında ikinci yerdən 13 xal geridə idik. Bu qədər xal fərqini aradan qaldıraraq ikinci yerə yiyələndik. Ümumilikdə, mövsüm bizim üçün çox uğurlu alındı. Gümüş medalları əldə etdik və avrokuboklara vəsiqə qazandıq.

– Keçən mövsüm də gümüş medal qazanmışdınız, ancaq həmin vaxt "Zirə"nin göstərdiyi oyunu bəyənməyənlər az deyildi. Bu mövsüm isə komanda nəticə ilə yanaşı, sərgilədiyi oyunla da rəğbət qazandı. Bu, ötən yay etdiyiniz düzgün transferlərin hesabına oldu, ya başqa məqamlar buna gətirib çıxartdı?

– Bu il də çempionat asan keçmədi. Elə oyunlar var idi ki, gərginliyi yüksək səviyyədə idi. Amma keçən mövsüm bu mövsümdən daha gərgin keçmişdi. Ötən sezon oyunların gərginliyi daha yüksək idi. Son tura kimi 2, 3 və 4-cü yerlərin sahibi bəlli deyildi. Yalnız son turda kimin neçənci yeri tutduğu məlum oldu. Ötən mövsüm qısa bir dövr yaşadıq ki, həmin vaxt təxminən 9-10 oyunda qələbə qazana bilmədik. Amma əsas sonluqdur. Mövsümün sonunda gərginlik artır, hər bir komanda avrokuboklara düşməyə can atır. Keçən sezon qış fasiləsindən sonra etdiyimiz transferlər, göstərdiyimiz oyun yekunda gümüş medalları qazanmağımızla nəticələnmişdi. Bu mövsümkü çıxışa gəlincə, əlbəttə, bunda komandaya cəlb olunan yeni transferlərin də əməyi oldu. Addım-addım irəli getməyə çalışırıq. İnşallah, gələcəkdə də yaxşı oyunlar göstərərək azarkeşlərimizi sevindirəcəyik.

– "Zirə" keçən yay avrokuboklarda uğurlu çıxış etmişdi. Bu il də Azərbaycanı layiqincə təmsil edə biləcəksiniz?

– Bildiyiniz kimi, keçən il mübarizəyə Avropa Liqasının təsnifat mərhələsindən başlamış, Konfrans Liqasının pley-offuna qədər irəliləmişdik. Qrup mərhələsinin bir addımlığında məğlub olmuşduq. Həqiqətən də, ötən il pis nəticə əldə etmədik. Bu il də maksimum nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Ən azından, keçənilki kimi pley-offa qədər adlamağa çalışacağıq. Əlbəttə, rəqiblərdən də çox şey asılıdır. İnanıram ki, mərhələlər adlayaraq güclü futbol ölkələrinin təmsilçilərini də təəccübləndirəcəyik. İlk növbədə, yaxşı oyun nümayiş etdirməyə və təbii ki, nəticə verərək azarkeşlərimizi sevindirməyə çalışacağıq.

– Çempionatda "Qarabağ"dan sonra ən az qol buraxan komanda oldunuz. Qapıçı məşqçisi olaraq, siz "Zirə"nin qapıçılarının cari mövsümdəki çıxışından tam razı qaldınız?

– Keçən sezon ən az qol buraxan komanda "Zirə" olmuşdu. Bu mövsüm isə "Qarabağ"dan sonra ən az qol buraxan ikinci komanda olduq. Keçən mövsümdə də, bu sezonda da qapıçılarımız qənaətbəxş çıxış etdilər. Ümumilikdə, onlardan razı qaldıq. Amma düşünürəm ki, ötən sezona baxanda bu mövsüm qapıçılarımız daha yaxşı oyunlar çıxara və daha az qol buraxa bilərdilər. Ancaq yenə deyirəm, ümumi götürdükdə performanslarından razı qaldıq.

– Azərbaycan çempionatında çıxış edən qapıçılar arasında ən çox kimləri bəyənirsiniz? Və yerli qolkiperlərdən hazırda "1 nömrə" kimdir?

– Bir neçə komanda var ki, qapıçıları pis çıxış etmədilər. Məsələn, "Şamaxı"nın qolkiperi Rikardo Fernandesin qurtarışları çox oldu. O, çempionatımızda fərqləndi. "Sabah"ın mövsümün gedişində transfer etdiyi Stas Pokatilov komandaya uyğunlaşandan sonra pis oyun nümayiş etdirmədi. Yerliləra gəlincə, "Neftçi"nin qapıçısı Rza Cəfərovu fərqləndirərdim. Düzdür, "Neftçi" bu mövsüm iddialarından uzaq qaldı. Amma Rza stabil oyun nümayiş etdirdi, komandasına köməyi dəydi. Şahrudin Məhəmmədəliyev bu mövsüm zədəsi üzündən bir müddət "Qarabağ"dan uzaq qaldı. Amma o da yaxşı qapıçıdır. Artıq zədədən qayıdıb. Düşünürəm ki, millinin qarşıdakı oyunlarında şans qazanacaq. Bir də öz qapıçımız Aydın Bayramovu vurğulamaq istəyirəm. Aydından bu il tələblərim çox olsa da, ümumilikdə stabil oyunlar keçirdi. Əslində, Aydın bundan artığını edə bilər, həmin potensiala malikdir. Onun öz oyunlarını gözünün qabağına gətirərək, artıracağına, daha da irəliyə gedəcəyinə inanıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Oxşar xəbərlər