"Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaş saxlanılıb. Sport24.az xəbər verir ki, İstanbul klubunun futbolçusu mərc oyunlarında iştirak etməkdə ittiham olunur.
"Qalatasaray"ın futbolçusu Metehan Baltacının da eyni səbəblə saxlanıldığı iddia edilir.
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu bu gün səhər saatlarında mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirib.
Əməliyyat zamanı bir neçə futbolçu və futbol adamları, klub rəsmiləri saxlanılıb.