"Fərnəbaxça"nın futbolçusu Duşan Tadiç yeni mövsümə ölkəsində başlaya bilər. Sport24.az xəbər verir ki, 36 yaşlı futbolçuya "Srvena Zvezda"dan təklif gəlib.
Serb yarımmüdafiəçi qarşıdakı ay həmin təklifi dəyərləndirəcək. İyunun 30-da " Fənərbaxça" ilə müqaviləsi başa çatacaq Tadiçin Serbiya çempionu ilə anlaşmaq şansı yüksəkdir.
Duşan karyerası ərzində "Voyvodina", " Qroningen", "Tvente", "Sauthempton", " Ayaks" klublarında çıxış edib.